POPULYARXƏBƏRLƏR

"Qiblənin dəyişdirilməsi ilahi imatahan idi" - Hacı Şahin Həsənli

Bu gün, Rəcəb ayının 15-də, hicri təqvimlə İslam aləmində bir neçə mühüm hadisə baş verib.  Bunlardan biri də müsəlmanların qibləsinin Beytül-Müqəddəsdən Kəbəyə doğru dəyişdirilməsidir. Bu hadisənin tarixi, hikməti ilə bağlı islam.az-ın suallarını ilahiyyatçı Haci Şahin Həsənli cavablandırıb.

- İslam tarixində bu əlamətdar gün necə qeyd olunub?

- İslam dininin zühur etməsindən sonra 13 il ərzində müsəlmanların qibləsi Qüds şəhərindəki Beytul-Müqəddəs olub. Peyğəmbər (s) Məkkədən Mədinəyə hicrət etdikdən sonra qiblə Məkkə ilə əvəz olundu. Bu hadisənin nə zaman və harada baş verdiyi bir az ixtilaflı məsələdir. Bəzi rəvayətlərə əsasən bu hadisə Mədinədə yerləşən Zu-Qibleteyn (iki qibləli məscid) məscidində, digər rəvayətlərə görə isə Məscidun-Nəbidə (Peyğəmbər məscidi) baş vermişdir. Zamanı barədə də fikir ayrılıqları var. Bir rəvayətə görə, hicrətdən 7 ay və ya 9 ay sonra, digər rəvayətlərə görə isə 2 il sonra baş verib.

- Qiblənin dəyişdirilməsinə səbəb nə idi?

- Məkkə müşrikləri Kəbəni bütxanaya çevirdiklərinə görə, Peyğəmbər və müsəlmanlar besətdən (Peyğəmbərliyə seçilmə) sonra 13 il ərzində üzü Kəbəyə namaz qılmadılar. Əgər onlar da Kəbəyə doğru namaza qılsaydılar, belə görünərdi ki, onlar da bütləri möhtərəm sayırlar. Lakin Mədinəyə hicrət etdikdən bir neçə ay sonra oradakı yəhudilər də Peyğəmbərə (s) etiraz etdilər, ünvanına təhqir söylədilər. Yəhudilər bildirdilər ki, “siz bizim qibləmiz olan Beytul-Müqəddəsə doğru namaz qılırsınız. Buna görə də dininizin həqiqi din olması şübhə altındadır. Bu səbəbdən siz bizim ardıcıllarımız sayılırsınız”. Buna görə Peyğəmbər (s) yəhudilər tərəfindən məsxərə edilirdi.

Lakin bir gün Mədinə şəhərində zöhr (günorta) namazı qıldığı zaman ikinci rəkəti bitirərkən Cəbrail (ə) Peyğəmbərə (s) nazil oldu və Onun üzünü Məkkəyə tərəf döndərdi. Bu zaman Bəqərə surəsinin 144-cü ayəsi nazil oldu:

“Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidül-hərama tərəf çevir! Harada olsanız üzünüzü oraya döndərin!”

Bu ayə qiblənin dəyişməsi göstərişini verdi və nəticədə Peyğəmbərimiz zöhr namazının qalan iki rükətini Kəbəyə tərəf qıldı.

- Bununla yəhudilər və münafiqlər sakitləşdilərmi?

- Təbii ki, bundan sonra yenidən söz-söhbətlər başlandı və Peyğəmbərin (s) bu əməlini zəiflik kimi göstərməyə çalışdılar. “İndi nə üçün Peyğəmbər öz qibləsindən üz çevirdi?” kimi sualla insanların qəlbində şübhə oyatmağa cəhd etdilər.  Onlar iddia edirdilər ki, Peyğəmbərin yolu sabit deyil. Lakin Bəqərə surəsinin 142-ci ayəsi nazil olaraq bu şübhələrə cavab verdi:

“Ağılsız adamlar deyəcəklər: “(Müsəlmanları əvvəlcə) üz tutduqları qiblədən (Beytül-Müqəddəsdən) döndərən nədir?” (Ya Rəsulum! Onların cavabında) de: “Şərq də, Qərb də Allahındır. O, istədiyi şəxsi doğru yola yönəldər””.

- Bu tarixi mühüm hadisədə ilahi hikmət nədədir?

- Bu hadisənin hikməti ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Bunlardan ən tutarlısı bundan ibarətdir ki, Allah əslində müsəlmanları Allahın əmirləri qarşısında itaət edənlərlə şübhəyə düşənlər arasında fərqin bilinməsi üçün  imtahan edirdi. Bəziləri dərhal şübhəyə düşdülər və Peyğəmbərin hər gün bir söz dediyini iddia etdilər. Lakin Allaha tam təslim olan səhabələr Allahın bu əmri qarşısında da müti oldular. Çünki, namaz vaxtı insanın hər hansı bir tərəfə üz tutması simvolik xarakter daşıyır. Əslində, Şərq də, Qərb də Allahındır. Qurani-Kərimdə də bu məsələ qeyd olunub. Əslində, istiqaməti dəyişmək iman imtahanı idi və müsəlmanların bir qismi imtahandan çıxa bilmədilər. İmanda möhkəm olanlar isə heç bir tərəddüd etmədən Allahın əmrinə tabe oldular.



Yerləşdirilib:15 May, 2014  16:16, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com