Cəmi iki nəfər halında (bunlardan biri imam olmaq şərti ilə) camaat namazı qılmaq olarmı? Bəs bu cür cümə namazı qılmaq olarmı?
Camaat namazının həyata keçməsi üçün imamdan başqa daha bir nəfərin olması kıfayətdir, yəni cəmi iki nəfərlə camaat namazı qılına bilər. Bu zaman iqtida edən şəxs ya imamın arxasında, ya da sağ tərəfində durmalıdır.
Cümə namazında isə imamdan əlavə, hənəfi məzhəbinə görə ən azı daha 3 nəfər, şafii və hənbəli məzhəblərinə görə 40 nəfər, maliki məzhəbinə görə 12 nəfər, cəfəri məzhəbinə görə 4 nəfər iştirak etməlidir. Bundan az adamla cümə namazı qılınmaz.
İslam.az