İran prezidenti Mahmud Əhmədinejad İsrailin yaz-yay aylarında ölkəsinə hücum etməyi planlaşdırdığını bildirib
APA-nın "Habertürk"ə istinadən verdiyi xəbərə görə, M. Əhmədinejad Tehranda keçirdiyi mətbuat konfransında İsrailin yaz və yaxud yay aylarında müharibəyə başlamaq üçün səbəb axtardığı barədə kəşfiyyat məlumatı aldıqlarını açıqlayıb: "Ancaq hələ son qərarı verməyiblər. Belə bir hücuma verəcəyimiz cavab və bölgə ölkələrinin mövqeyi İsraili məhv edəcək".