Livan ordusunun polkovnikinə qarşı İkinci Livan müharibəsi zamanı İsrailin xüsusi xidmət orqanlarına işləmək ittihamı irəli sürülüb
APA-nın məlumatına görə, bu barədə Londonda dərc olunan ərəbdilli "Əş-Şərk əl-Avsat" qəzeti xəbər yayıb.
Qəzetin yazdığına görə, polkovnik "Mossad"a Livan hərbi və mülki obyektləri barədə məlumat və fotoşəkil ötürməkdə günahlandırılır.
Livan təhlükəsizlik xidməti isə bu ilin əvvəlindən etibarən İsrailin artıq ikinci casus şəbəkəsini ifşa etdiyini bəyan edib.