Həzrət Əlinin adını yazandan sonra bəzi kitablarda mötərizə içində “r.ə”, bəzi kiyablarda isə “ə” və ya “ə.s” yazılır. Bu hərflərin mənası nədir?
Dini kitablarda müqəddəs şəxslərin adları yazıldıqdan sonra adətən onlara hörmət əlaməti olaraq deyilməsi məsləhət bilinən ifadələrin baş hərflərini ixtisarla qeyd edirlər. Şiə və sünni məzhəblərində bu işarələr fərqli olur. Əhli-sünnə kitablarında səhabələrin və o cümlədən, Həzrət Əlinin adından sonra “rəziyAllahü ənh” (Allah ondan razı olsun) ifadəsinin baş hərfləri olan “r.ə” və ya “r.a” hərfləri yazılır. Şiə mənbələrində isə adətən, imamların adından sonra “əleyhis-salam” (Allahın salamı ona olsun) ifadəsinin baş hərfi olan “ə” və ya “ə.s” hərflərini yazırlar.
İslam.az