NATO-nun Əfqanıstanın Müştərək vilayətində keçirdiyi son əməliyyat uğurlu olub. Əməliyyat zamanı ABŞ və İngiltərə hərbi qüvvələri Taliban döyüşçülərinin yerləşdiyi Helmand ərazisinə qəfil hücum ediblər.
APA-nın Telegraph.co.uk.-a istinadən verdiyi məlumata görə, 2000-ə yaxın ABŞ və britaniyalı əsgərlərinin qatıldığı bu kompleks hərbi əməliyyatlar Taliban döyüşçülərinin cəmləşdiyi "Müştərək" adlı ərazidə başlayıb.
Taliban döyüşçülərilə atışmada bir Amerikan və bir Britaniyalı əsgər həlak olub.
ABŞ hərbçiləri Helmand vilayətində Taliban döyüşçülərinin məhv edilməsinə yönələn bu əməliyyatın birinci mərhələsini uğurlu adlandırıblar.