POPULYARXƏBƏRLƏR

Mətbuat Şurasının Şikayətlər üzrə komissiyasının növbəti iclası keçirilib

Azərbaycan Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə komissiyasının növbəti iclasını keçirilib. Şuradan APA-ya verilən məlumata görə, MŞ-nin sədr müavini Umud Rəhimoğlunun rəhbərliyi ilə keçirilən müzakirələrdə 5 mətbu orqanla bağlı müraciətlər araşdırılıb.

Əvvəlcə "Bakıelektrikşəbəkə" ASC-nin "Yeni xəbər" və "Kriminal - 107" qəzetləri ilə bağlı şikayətinə baxılıb. Komissiya üzvləri hər iki mətbu nəşrdə bu qurumla bağlı gedən yazılarda etik prinsiplərin pozulmasına yol verilməsi qənaətinə gəliblər. "Yeni xəbər"də "Bakıelektrikşəbəkə" "şef"i də siyasi oyunlara qoşulur" sərlövhəli, "Baba Rzayevin himayədar axtarışları ona baha başa gələ bilər" altsərlövhəli yazıda balans prinsipinin pozulması ilə müşahidə edilən qarşı tərəflə bağlı ictimai rəyin yönəldilməsinə istiqamətlənən qeyri-məqbul üsula müraciət olunmasının qəbul edilməzliyi nəşr rəhbərliyinin nəzərinə çatdırılıb. Komissiya üzvləri "Kriminal – 107" qəzetində də sözügedən qurumla bağlı verilən yazıda etik prinsiplərin pozulmasını irad tutaraq qəzetə xəbərdarlıq ediblər. "Bakıelektrikşəbəkə" ASC-nin medianın sorğularını vaxtında cavablandırılmasının da zəruriliyi bu qurumun nəzərinə çatdırılıb.

İclasda daha iki qəzetə də xəbərdarlıq olunub. "Söz azadlığı" qəzetində Şəmkir rayonundakı Çaparlı kənd İcra nümayəndəsi İbrahim Zeynalov barədə gedən silsilə yazılarda onun şərəf və ləyaqətinin, işgüzar nüfuzunun ləkələnməsinə yönələn fikir və ifadələrin işlədilməsi ilə bağlı şikayətinin müzakirəsi zamanı mətbu nəşrə xəbərdarlıq olunması barədə rəy çıxarılıb. Eyni zamanda nəşr rəhbərliyinin nəzərinə çatdırıb ki, şəxsi münaqişə zəminində olan mövzuların qabardılmasında qəzetin tərəf kimi mövqe tutması qənaəti də onun obyektivliyinə ictimai fikri formalaşdıra bilməz. "Söz azadlığı" qəzeti rəhbərliyi həmin iradlarla razılaşdığını, məsələyə yekun vurulduğunu, qarşı tərəflə anlaşma əldə olunduğunu bildirdiyi üçün komissiya nəşrə xəbərdarlıq olunması ilə kifayətlənib.

Goranboy Rayon Mərkəzi Xəstəxanasının "Ölkə naminə" qəzeti ilə bağlı şikayətinin müzakirəsi zamanı məlum olub ki, həmin nəşrdə şikayət doğuran məsələ ilə əlaqədar qarşı tərəfin təkzibi dərc olunub. Bununla belə həmin nəşrdə gedən materialların təhlilinə əsasən qəzetə xəbərdarlıq olunması məqbul sayılıb.

İclasda "Qanun alidir" qəzeti ilə bağlı son rəyin verilməsi Şuranın "Reket" jurnalistikaya qarşı mübarizə komissiyasına həvalə olunub. Komissiya bu KİV-in fəaliyyətində peşə prinsmipləri ilə bir araya sığmayan halların üstünlük təşkil etməsinin buna əsas verdiyi qənaətinə gəlib.




Yerləşdirilib:14 Fevral, 2010  19:33, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com