POPULYARXƏBƏRLƏR

"İŞİD-in rəftar və davranışı mafiozlarınkından heç də fərqlənmir" - İŞİD-in azərbaycanlı üzvü

Suriyada vəhşilikləri və əhaliyə qarşı amansız, qəddar rəftarları ilə ilə tanınan İŞİD terror təşkilatından qaçan Əbu Həsən Kərimov əl-Azəri ilə Suriyadan xüsusi reportaj

Türkiyənin “Ümmeti-İslam” saytının muxbiri “İraq-Şam İslam Dövləti” (İŞİD) terrorçu təşkilatının sıralarından qaçmış “Əbu” Həsən Kərimovdan müsahibə alıb. Musahibəni sizlərə təqdim edirik:

- İŞİD-ə nə vaxt və necə qoşulduz?

- İŞİD-ə keçən ilin Ramazan ayında qatıldım. Bunun üçün Şanlıurfaya gəldim. Burada zaza (kürd) əsilli bir qaçaqçı vasitəsi ilə Suriyanın Til-Əbyad qəsəbəsinə keçdim. Sonra isə qaziantepli Məhəmməd adlı bir şəxs məni Rakkaya apardı.

- Rakkada vəzifən nədən ibarət idi?

- Burada bir ay hərbi təlim keçdik. Ümumi vəzifəmiz asayişi qorumaq, əsas vəzifəmiz isə “Azad Suriya Ordusu”na (ASO) qarşı mübarizə aparmaq və onların silahlarını ələ keçirmək idi.

- İŞİD-dən ayrılmaqda səbəb nə idi?

- İŞİD-in tərkibində olduğum müddətdə çox zülm, haqsızlıq, İslam əxlaqına və İslam qayda-qanunlarına zidd hadisələrin şahidi oldum. 3 ay əvvəl qaçmağa qərar verdim, lakin qaça bildim. İŞİD-dən ayrılmağa qərar verməyimin əsas səbəbi onların yerli əhali və digər qruplara qarşı törətdikləri cinayətlər oldu.

- İŞİD-dən ayrılmaq istəyənləri hədələyirlərmi?

- Bəli, müxtəlif səbəblərlə əmirlər tərəfindən qətlə yetirilir, qruplaşmaya yeni qoşulanlara isə onların başqa bölgələrə göndərildiyini deyirdilər.

- Dinc əhali ilə də problemlər yaşayırdınızmı?

- Əlbəttə! Xalq bizi heç sevmirdi. Sadəcə qorxularından bizə salam verirdilər, bizdən yaman qorxurdular. İŞİD üzvləri xalqa zülm edirdilər. Yerli-yersiz yoxlanışlar, əqidəvi sorğu-sualdan keçirmək insanların bizə nifrət etməsinə səbəb olurdu. Xalqdan və tacirlərdən vergi bəhanəsi ilə xərac alınırdı. İmtina edənlər dövlətə qarşı çıxmaqda ittiham olunur və qətlə yetirilirdilər. Hətta məscid imamlarını belə öldürməkdən çəkinmirdilər.

- İmamları niyə qətlə yetirirdilər?

- İŞİD-i tənqid etdikləri üçün. İŞİD-in tənqid edilməyə səbri yox idi. Hətta bir dəfə bir imamı tənqid üstündə ailəsinin gözü qarşısında döyərək öldürdülər. Məhkəməyə çıxarmağa belə ehtiyac duymurlar.

Öz əmirlərimiz arasında siqaret çəkənlərin olmasına baxmayaraq, xalq arasında siqaret çəkənlərə şallaq vururdular. İŞİD-in bu cür işləri İslami deyil, daha çox mafiozların hərəkətlərinə bənzəyirdi.

İŞİD-in içərisindən daha radikallar (təkfirçiləri) seçilib onlara müxalif olan sünni kəndlərinə göndərilirdi. Onlar kənd camaatını müşrik və mürtəd adlandıraraq öldürürlər. Deyr-Zurda bir kəndin camaatı tamamilə məhv edilmişdi. Həmin bölgədə İŞİD üzvləri bir kəndlini öldürdükləri üçün camaat ayağa qalxıb onlardan 4-nü öldürmüşdülər, qalanlarını kənddən qovmuşdular. Bu hadisədən sonra əmirimiz “kənd camaatının qətlinin vacib olduğu” barədə hökm verdi. Gecə ikən kəndə girərək bombalar yerləşdirdilər və kəndi göyə sovurdular. Heç kim sağ qalmadı.

Buna bənzər bir hadisə də Atma tərəfində baş verdi. ASO-nun qərargahı olduğu söylənilən bir evə minaatanlardan atəşə tutduq və darmadağın etdik. Daha sonra məlum oldu ki, bu ev ASO komandirlərindən birinin qohumuna məxsus imiş. Ölənlərin hamısının qadın və uşaqlardan ibarət olduğunu öyrəndik. Allah bizi bağışlasın. Həqiqətən buranın qərargah olduğunu düşünmüşdük.

- ASO-ya qarşı nəyə görə silah çəkdiniz?

- Əvvəllər ASO ilə birgə əməliyyatlar aparırdıq. Onların əqidəsi əvvəlcədən necə idisə, indi də o cürdür. Əlbəttə, onların arasında şəriət dövləti istəyənlər də var, münafiqlərin rəhbərlik etdiyi qruplar da. Onların hamısını tərəzinin bir gözünə qoymaq ədalətsizlik olardı.

ASO ilə düşmənçilik onların Əbu İsa adlı komandirlərinin öldürülməsi ilə başladı. O, Rakkanı nəzarətdə saxlayırdı. İŞİD Rakkanın idarəçiliyini ələ keçirmək üçün çirkin siyasət həyata keçirirdi. Əbu İsa İŞİD-ə beyət etmək istədiyini bildirsə də qəbul etmədilər və Türkiyədən yardım aldığı iddiası ilə öldürdülər. Lakin ASO-çulardan Türkiyədən yardım alan bir çox əmirin beyətini qəbul etmişdilər. Əbu İsaya “ən-Nusra” ilə olan əlaqələrinə görə qəzəblənmişdilər. Əbu İsa  və ailəsi çox təmiz və əxlaqlı insanlar idi. Hamısını qəddarcasına öldürdülər. İŞİD üçün qadın və uşağı öldürmək bir köpəyi öldürmək qədər asan işdir.

Bundan sonra Taide-Suhnə ətrafında ASO ilə qanlı qarşıdurmalar başladı. Bu məqsədlə bölgədən adamlar toplandı. Bizim qərargahdan da adam istədilər. Bir dəfə ənsardan (yerlilərdən) biri “bunların içində müsəlmanlar da ola bilər” deyə əmirlərdən birinə bildirdi. Əmirimiz qarşıdakı ağacı göstərib həmin şəxsə həmin yerə doğru irəliləməyi tapşırdı. O şəxs ağaca tərəf gedəndə əmir əl qumbarasını atdı, adam param-parça oldu.

- "Livaut-Tövhid” ilə aranızda nələr baş verdi?

-  Onlarla aramızda heç bir problem yox idi. Qardaş kimi idik. Bir dəfə “sizlər ASO-nun və Səudiyyənin polislərisiniz” dedilər. Əmirlərdən beyət istədilər, əks təqdirdə İŞİD-ə qarşı silaha sarılacaqlarını bildirdirlər. Malları qəsp edib əmirləri öldürdülər. Onlar isə öz evlərinin qapılarını İŞİD-in üzünə açmışdılar, hətta qızlarını belə onlara vermişdilər.

“Livaut-Tövhid”in əmirinin qızı İŞİD-in üzvlərindən biri ilə evli idi. Əri hamilə yoldaşının öz anası ilə danışmasından xəbər tutduqda, gecənin bir yarısında başına atəş açaraq öldürdülər.

- Qadının anası ilə danışmasında nə eyb var ki?

- Qadını İŞİD-in gizli məlumatlarını anasına satmaqda günahlandırdılar. Hər bir halda, belə olsa belə hamilə bir qadını öldürmələri qətiyyətlə səhv addım idi. O anda hamısını öldürərək qaçmaq istədim, amma cəsarətim çatmadı.

- "Ən-Nusra cəbhəsi" ilə aranızda nələr yaşanıb?

- Əvvəllər ən-Nusra ilə qardaş kimi idik, bir qrup olduğumuzu deyirdilər. Ən-Nusra ilə ilk qarşıdurmamız ilk olaraq ən-Nusranın Rakka əmirini öldürməmizlə başladı. Hələb yolunda maşınının işindən onu aldılar. Mürtəd və münafiq olduğunu söylədilər və İŞİD-in gizli məlumatlarını kafirlərə satmaqda günahlandırdılar və öldürdülər.

Əmirlərin heç birinin elmi səviyyəsi yox idi. Nə qədər çox adam öldürsələr, o qədər yüksəlmə şansları daha da artırdı. Onlar bu vasitə ilə “ən-Nusra”dan əmirləri də öz tərəflərinə çəkməyə çalışırdılar.

- İŞİD-dən qaçmağınıza səbəb olan son hadisə hansı idi?

- "Ən-Nusra" üzvlərini öldürmək əmrini almışdıq. Bir neçə gün öncə isə onlarla qardaş idik. Deyr-Zurda bir evə getdik. "Ən-Nusra" üzvlərindən birinin evi idi. Oturduq, yedik-içdik, söhbət etdik, sonda qucaqlaşdıq. Birdən əmirimiz gəncin birini yaxalayıb başına silahı dayadı. Səbəbi isə İŞİD əleyhinə danışması idi. Gənci öldürmək istədi. Biz də silah çəkib digərlərinin silahlarını aldıq, sonra öldürdük. O, gün 30 "ən-Nusra" üzvünü qətlə yetirdik.

Bütün cəsarətimi toplayıb əmirimdən onları öldürməyimizin səbəbini soruşdum. “Biz onları Qurana, sünnətə dəvət etdik, gəlmədilər” - deyə cavab verdi. Eyni sualı başqa bir əmirimizdən də soruşdum: “Bizim bu ərazilərə nəzarət etmək hüququmuz var idi, lakin onlar burada bizimkilərə hücum etdilər” - deyə cavab verdi. Paradokslardan yalan danışdıqlarını başa düşdüm. Onların hiylələri və yalanları boldur. Bundan sonra mən də qaçmaq qərarına gəldim. Barəmdə ölüm hökmü çıxardıqlarını eşitmişəm.



Yerləşdirilib:6 May, 2014  20:19, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com