İsrailin xarici işlər naziri Aviqdor Liberman beynəlxalq ictimaiyyəti İrana qarşı daha sərt sanksiyalar tətbiq etməyə çağırıb. Bu haqda RİA Novosti-yə istinadən APA məlumat yayıb
Aviqdor Liberman İranın son günlər atdığı addımlara qarşı olaraq sanksiyaların sərtləşməsinin zərurət olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ prezident Barak Obama da jurnalistlərə açıqlamasında İrana qarşı daha da sərt və zəruri sanksiyalar tətbiq olunacağını vurğulayıb.