Bəzi hədislərdə buyurulub ki, Həzrət Yəhya peyğəmbərin başı bir əxlaqsız qadının istəyinə əsasən kəsilib. Bu hadisə necə baş verib?
Həzrət Yəhya (ə) Həzrət Zəkəriyya Peyğəmbərin (ə) oğlu idi. O, xalqı Həzrət Musanın (ə) gətirdiyi əsil ehkamlara əməl etməyə çağırır, Həzrət İsanın (ə) haqqında müjdə verirdi. Buna görə də o zamanın zalım hökmdarı İrod onu aradan götürməyə fürsət axtarırdı. İrod öz qardaşının dul arvadı ilə evlənmişdi. Üstəlik, həm də öz qardaşı qızı (yəni öz ögey qızı) ilə də evlənmək istəyirdi. Həzrət Yəhya (ə) xalq arasında car çəkib, bunun iyrənc və haram bir iş olduğunu söyləyirdi. İrodun qardaşı qızı İrodun qarşısında şərt kəsdi ki, toy günündə ona Həzrət Yəhyanın (ə) kəsilmiş başını hədiyyə etsin. Yəhya Peyğəmbəri (ə) tutub öldürdülər və başını kəsib toy məclisinə apardılar. Ona görə də İmam Hüseyn (ə) öz halını Həzrət Yəhyanın (ə) halına bənzədir və onun kimi başının kəsilərək əxlaqsız padşaha (Yezidə) təqdim ediləcəyini xəbər verirdi.
İslam.az