"Taliban" təşkilatı nümayəndəsinin Əfqanıstanda sülh prosesini müzakirə etmək üçün BMT rəsmisiylə gizli görüşdüyü haqqında yayılmış xəbərləri təkzib edib.
APA-nın məlumatına görə, "Taliban" rəhbərliyinin yaydığı açıqlamada BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Kay Eyde ilə təşkilat hərbi komandirlərindən birinin görüşdüyü haqqında xəbərlərin "yalan və əsassız şayiə" olduğu bildirilib.