POPULYARXƏBƏRLƏR

Azərbaycan vətəndaşlarını Kərbəla ziyarətinə aparan şirkətin lisenziyası olmayıb

Hər il Məhərrəm ayında şiə müsəlmanlar Kərbəla şəhərində İmam Hüseyninin məzarını və bu ölkənin digər şəhərlərində müqəddəs yerləri ziyarət etmək üçün İraqa səfər edirlər.

Son illər azərbaycanlılar arasında da Məhərrəm ayında Kərbəla ziyarətinə gedənlərin sayı artıb. Bu il yanvarın 27-də İraqın Samirə şəhərində baş verən terror hadisəsində Azərbaycan vətəndaşı olan zəvvarların zərər çəkməsi - bir nəfərin həlak olması, ikisinin yaralanması isə bu ziyarətin təşkili ilə bağlı müəyyən suallar ortaya çıxarıb. İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərşad İsmayıl Ömərin azərbaycanlı zəvvarlara saxta möhürlə viza verilməsi barədə mətbuata açıqlaması bu məsələdə qaranlıq məqamların olması ilə bağlı fikirləri bir qədər də qüvvətləndirib. APA-nın araşdırması nəticəsində bu məsələdə həqiqətən də qaranlıq nüansların olduğu üzə çıxıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poloxov APA-ya açıqlamasında deyib ki, dövlət Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfər etməsini məhdudlaşdırmır: "Azərbaycanda İraq səfirliyi fəaliyyət göstərir. Onlar ölkələrinə səfərləri qanuni şəkildə təşkil edirlər. Azərbaycan isə öz vətəndaşlarına hansısa xarici ölkəyə, o cümlədən də İraqa səfər etməyə qadağa qoya bilməz". E. Poloxov qeyd edib ki, Azərbaycanın İordaniyadakı səfirliyi bu hadisə ilə bağlı müvafiq işləri həyata keçirib.

İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərşad İsmayıl Ömər da APA-ya təmsil etdiyi ölkəyə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına heç bir məhdudiyyət qoyulmadığını bildirib: "Qrup şəkilində viza almaq istəyənlər üçün problem yaradılmır. Qaydaya görə, İraqa səfər etmək istəyən vətəndaşın sənədləri bizim Xarici İşlər Nazirliyi tərəfindən müsbət qəbul olunduqda səfirlik viza verir. Fərdi qaydada müraciət edənlər üçün də məhdudiyyət yaradılmır. Lakin İraqda vəziyyətin təhlükəli olması barədə səfərə getmək istəyənlərə xəbərdarlıq edilir". Diplomat deyib ki, əslində ziyarəti təşkil edən şirkətlər zəvvarların təhlükəsizliyinə məsuliyyət daşıyırlar: "Yanvarın 27-də baş verən hadisədə zərər çəkən qrup üzvlərinin vizanı haradan aldıqları araşdırılıb. Məlum olub ki, "Mütəvəkkil" şirkəti tərəfindən verilən vizanın alındığı qurum kimi İraqın Azərbaycandakı səfirliyi göstərilib. Lakin biz bu vizanı verməmişik. Artıq İraq dövləti həmin şirkətlə bağlı lazımi tədbirlər görməyə başlayıb ".

Samirə şəhərində terror aktının şahidi olan Maştağa kənd Cümə Məscidinin axundu Hacı Seyidağa Məmmədov isə APA-ya açıqlamasında ziyarətə gedənlərin sənədlərinin saxta olması haqda deyilənləri ciddi qəbul etmədiyini deyib. O bildirib ki, bu günə qədər bir neçə dəfə Kərbəlanı ayrı-ayrı qrupların tərkibində ziyarət edib: "Mən bu qrupun rəhbəri olmamışam. Lakin kəndin axundu kimi belə məsələlərdə insanların yanında olmaq məcburiyyətində qalmışam. Onu deyə bilərəm ki, sənədlərin saxta olması haqda deyilənlərə inanmıram. Çünki bu qədər insani saxta sənədlə İraqa aparmağa heç kim cürət etməz".

Hacı Seyidağa Məmmədov yanvarın 27-də şahidi olduğu hadisəni isə belə nəql edib: "Kazımiyyə şəhərindən Samirəyə gedirdik. Azərbaycanlı zəvvarların sayı 40-45 nəfər olardı. Avtobus kortejində İrandan olan zəvvarların da avtobusu vardı. Qəfildən avtobus kortejinə yaxınlaşan avtomobildən atəş açmağa başladılar. Dəhşətli mənzərə idi. Nə baş verdiyini bilmədim. Terrorçular avtobusları atəşə tutandan sonra qaçdılar. Hadisə nəticəsində iranlılarla yanaşı, bizim zəvvarlardan da bir nəfər öldü, ikisi isə yaralandı. Hələ də hadisənin təsirindən çıxa bilməmişik".

Bir müddət öncə Kərbəla ziyarətində olan, adının çəkilməsini istəməyən Azərbaycan vətəndaşı isə APA-ya bildirib ki, ziyarətə gedən Azərbaycan vətəndaşlarının İraqa getməsində qanundan kənar məqamlar axtarmaq düzgün deyil. Çünki Azərbaycandan Kərbəlaya, Samirəyə, Nəcəfə və digər müqəddəs yerlərə səfər edənlərin sənədləri qaydasında olmasa, onlar İraqın dövlət sərhədindən ölkəyə daxil olmalarına imkan verilməz: "Ziyarətlər qrup şəkilində həyata keçirildiyindən hər qrupda zəvvarların sayı 30-40 nəfər olur. Əvvəlcə ziyarətə getmək istəyənlərin müvafiq sənədləri "Kərbəla yolları" şirkəti vasitəsilə İraqa göndərilir. Bir ay müddətinə İraqdan ziyarətə getmək istəyənlərin hər birinin adına rəsmi dəvətnamə gəlir. Bundan sonra İraqın Azərbaycandakı və ya İrandakı səfirliyindən viza alınır. İraqda isə ziyarəti təşkil edən turist şirkətinin nümayəndələri zəvvarları sərhəddə qarşılayıb, ziyarəti təşkil edirlər".

"Kərbəla yolları" şirkətinin Bakıdakı Məhəmməd adlı nümayəndəsi isə deyib ki, təmsil etdiyi şirkət zəvvarların Kərbəlaya səfər etməsi prosesində birbaşa rol oynamır: "Sadəcə "Kərbəla yolları" şirkəti İraqda ziyarəti təşkil edən turist firmaları haqqında ziyarətə getmək istəyənlərə məlumat verir. Biz yalnız təyyarə bileti satırıq. İraqda isə ziyarəti, əsasən "Mütəvəkkil" və "Aksar" şirkətləri həyata keçirir. Zəvvarlar vizanı almaq üçün 15 gün öncə müraciət edirlər. Viza ya İraqın Azərbaycandakı, ya da İrandakı səfirliyindən alınır. Səfər zamanı adıçəkilən şirkətin nümayəndələri ziyarəti təşkil edirlər. İraqa birbaşa təyyarə reysi yoxdur. Ona görə də biz İraqa gedənlər üçün Suriyaya, Birləşmiş Ərəb Əmirliyinə təyyarə biletləri satırıq. Amma əvvəlcədən də zəvvarlar İraqdakı təhlükədən xəbərdar edilir". O, Azərbaycanda dövlət qeydiyyatından keçdiklərini də söyləyib.

"Kərbəla yolları" şirkətinin qeydiyyatı ilə bağlı APA-nın Vergilər Nazirliyinə ünvanladığı sorğuya cavab olaraq isə bildirilib ki, adıçəkilən qurum "Kərbəla yolları" Turizm MMC olaraq qeydiyyata alınıb. Nazirlikdən o da qeyd olunub ki, adıçəkilən şirkətin turizm sektorunda fəaliyyət göstərməsi üçün Mədəniyyət və Turizm Nazirliyindən lisenziyası olub-olmaması ilə bağlı onlarda hər hansı məlumat yoxdur.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva isə APA-ya bildirib ki, "Kərbəla yolları" Turizm MMC-nin fəaliyyəti barədə nazirliyə bu günə qədər məlumat daxil olmayıb. Həmin şirkətin turizm sektorunda fəaliyyətini qanunsuz olduğunu deyən Z. Əliyeva qeyd edib ki, həmin qurum Mədəniyyət və Turizm Nazirliyindən lisenziya almayıb: "Yəni onun turizm sektorunda hər hansı fəaliyyəti Azərbaycan qanunları ilə yolverilməzdir". O, məsələ ilə hüquq-mühafizə orqanlarının məşğul olacağına ümid etdiyini də söyləyib.

Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov isə APA-ya deyib ki, təmsil etdiyi qurum Kərbəla və İraqdakı digər müqəddəs yerlərə ziyarəti təşkil etmir: "İraq dövləti ziyarətə gedənlərə təhlükəsizlik təminatı verə bilmədiyi üçün biz həmin ölkəyə zəvvar göndərə bilmirik. Hətta bir müddət öncə İraqın müvafiq qurumu ilə ziyarət səfərləri ilə bağlı müqavilə məsələsi gündəmə gəlmişdi. Amma Qafqaz Müsəlmanları İdarəsi İraqda tam sabitliyin təmin olunacağı günü gözləyir". M. Payızov onu da qeyd edib ki, ziyarəti təşkil edən qurumların Qafqaz Müsəlmanları İdarəsi ilə heç bir bağlılığı yoxdur: "Bu gün İraqa səfərlər qrup şəkilində əsasən fərdlər və kiçik turist şirkətləri tərəfindən həyata keçirilir. Əlbəttə, Azərbaycan vətəndaşlarının orada terrora məruz qalması bizi də narahat edir. Digər tərəfdən isə İraq səfirliyindən viza alıb bu ölkəyə səfər etmək istəyənlərə hər hansı qadağa tətbiq edə bilmərik".

Məsələyə aydınlıq gətirilməsi üçün Azərbaycanlı zəvvarların Kərbəla ziyarətini getmələrini təşkil İraqda fəaliyyət göstərən "Mütəvəkkil" şirkəti ilə əlaqə saxlamaq isə mümkün olmayıb.

Xatırladaq ki, yanvarın 27-də İraqın Samirə şəhərində azərbaycanlı zəvvarlar silahlı hücuma məruz qalıblar. Nəticədə Azərbaycan vətəndaşları Maştağa sakini, 1994-cü il təvəllüdlü Leyla Əhmədova həlak olub, 1986-cı ildə anadan olan Müşfiq Abdullayev və 1975-ci il təvəllüdlü Nüşabə Nəzərova isə yaralanıb. Yaralılar Bağdadın Kazımiyyə rayonundakı xəstəxanalardan birinə yerləşdirilib, sonra isə mehmanxanaya köçürülüblər. Terror aktı zamanı dünyasını dəyişən Leyla Əhmədova Nəcəf şəhərində dəfn olunub.




Yerləşdirilib:13 Fevral, 2010  00:11, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com