İraqda növbəti terror aktı törədilib
APA-nın İraq mətbuatına istinadən verdiyi xəbərə görə, yanvarın 31-də Bağdadın şərqində Kərbəlaya üz tutan zəvvarlar terrora məruz qalıb. Üzərinə "şəhid kəməri" bağlamış qadın zəvvarların içinə girərək özünü partladıb. Nəticədə 13 nəfər ölüb, 38 nəfər yaralanıb.