İsrail xüsusi xidmət orqanları HƏMAS terrorçu təşkilatının hərbi qanadı olan "İzəddin əl-Kasam"-ın banisi, 50 yaşlı Mahmud əl-Mabuhu məhv etməyə müvəffəq olublar.
APA-nın sem40.ru-ya istinadən verdiyi məlumata görə, HƏMAS-ın suriyadakı nümayəndəsi, təşkilatın siyasi bürosunun üzvü İzzət ər-Rişk Reyters agentliyinə müsahibəsində əl-Mabuşun yanvarın 29-da qətlə yetirildiyini təsdiqləyib.
Onun sözlərinə görə, HƏMAS birləşmiş Ərəb Əmirliklərinin müvafiq qurumları ilə birlikdə hadisənin təfərrüatlarını araşdırır.
HƏMAS-dakı mənbələrin məlumatlarına görə, son illər Dəməşqdə yaşayan əl-Mabuh "İzəddin əl-Kasam" Briqadalarının Qəzza sektorunda fəaliyyətini əlaqələndirib və eyni zamanda təşkilatın Suriyadakı siyasi bürosu ilə əlaqələrini təmin edib.
Bundan əlavə, əl-Mabuhun Sudan və Misir ərazisindən keçməklə Qəzza sektoruna silah ötürülməsinə də rəhbərlik edib.
Əl-Mabuhun qohumlarının sözlərinə görə, onun cəsədi elektroşoker və boğulma izləri ilə mehmanxanada tapılıb.