İranlı zəvvarların avtobus karvanı İraqın Bağdad şəhərində atəşə tutulub.
APA-nın "Mehrnews"a istinadən verdiyi məlumata görə, naməlum şəxslərin yanvarın 27-də avtobusu gülləbaran etməsi nəticəsində bir neçə zəvvar yaralanıb.
Hadisə barədə ətraflı məlumat verilmir. Bağdad polisi tərəfindən araşdırmalar başlayıb.