İraqın paytaxtı Bağdadda eyni vaxtda 3 otelin qarşısında partlayış törədilib.
. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, İraq təhlükəsizlik mənbələri yanvarın 25-də günorta saatlarından sonra Bağdadın cənubunda və mərkəzində 3 mehmanxananın önündə baş verən güclü partlayışlar nəticəsində 24 nəfərin öldüyünü, təxminən 40 nəfərin ağır yaralandığını açıqlayıblar. Avtomobillərin içərisinə yerləşdirilmiş partlayıcı maddələr "Meridian", "Babil" və "Qırmızı" otellərinin yaxınlığında partladılıb. Ölən və yaralananların artacağı ehtimal olunur.