Amerika dəniz piyadaları İraqın Ənbar əyalətini tamamilə tərk edərək bölgədə təhlükəsizliyin qorunması funksiyalarını quru qoşunlarına təhvil veriblər
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, amerikalı general-mayor Terri Vulff belə bir açıqlama ilə çıxış edib.
Dəniz piyadaları İraqın bu iri əyalətində vəziyyətə 7 il ərzində nəzarət ediblər. 2008-ci ilin sentyabrında Amerika hərbçiləri faktiki olaraq əsas funksiyaları yerli həmkarlarına ötürsələr də, İraq silahlı qüvvələrinə yardım məqsədilə dislokasiya yerlərində qalmaqda davam ediblər.