Ərəb Dövlətləri Liqası Ankaraya ilk səfirini təyin edib.
APA-nın Misir mətbuatına istinadən verdiyi məlumata görə, 2008-ci ildə Ərəb Dövlətləri Liqasının qərargahında keçirilən "Ərəb-Türk" forumunda imzalanan razılaşmaya əsasən, Liqanın baş katibi Əmir Musa bu gün mərakeşli diplomat Məhəmməd Fateh Nasirini qurumun Ankaradakı missiyasının ilk səfiri təyin edib. Səfir Məhəmməd Fateh bu gün verdiyi açıqlamada vəzifəsinin icrasına fevralın əvvəllərindən başlayacağını deyib. Diplomat Türkiyənin regionda böyük nüfuza malik olduğunu, Yaxın Şərqdə, bütün regionda sülhün, təhlükəsizliyin bərqərar olmasında böyük rol oynadığını bildirib.