Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş enerji sammitindən geriyə dönən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan, yolüstü Səudiyyə Ərəbistanına gəlib
APA-nın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, Ərdoğanı Ər-Riyad hava limanında Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Səud əl Feysal qarşılayıb. Səudiyyə Ərəbistanı ziyarətində Tayyib Ərdoğanı Türkiyə enerji və təbii qaynaqlar naziri Tanər Yıldız, dövlət naziri Zəfər Çağlayan, maliyyə naziri Mehmet Şimşək müşayiət edirlər.