Moskva Patriarxlığı Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı Ermənistan ərazisi sayır.
APA-nın "İnterfaks-reliqiya" saytına istinadən verdiyi məlumata görə, bu gün mətbuat konfransı keçirən Moskva Patriarxlığının xarici kilsələrlə əlaqələr şöbəsinin müdir müavini iyeromonax Filipp (Ryabıx) Moskva və Bütün Rusiyanın Patriarxı Kirilin Ermənistana marta nəzərdə tutulan səfəri barədə danışaraq bildirib ki, Moskva Patriarxlığının bu gün Ermənistanda 3 kilsəsi var. "Onlardan biri – İrəvanda, digəri Rusiyanın hərbi bazası yerləşən Gümrüdə, üçüncüsü isə Dağlıq Qarabağda yerləşir", - deyə Patriarxlığın rəsmisi vurğulayıb.