Fatihə surəsində “məğzub” və “vələzzallin” sözlərindəki “z” hərfi necə tələffüz edilməlidir?
Ərəb əlifbasında hər hərfin öz tələffüz qaydası var. Ağız boşluğunda hər bir hərfin çıxdığı yerə məxrəc, yəni xaric olduğu yer deyirlər. Quran oxunuşu və xüsusuilə də namazın qiraəti zamanı hərfləri öz məxrəclərindən tələffüz etmək lazımdır. Ərəb dilində “z” səsinin müxtəlif çalarlarını bildirən 4 hərf var. Bunlardan biri də “zad” hərfidir. “Zad” hərfi qalın hərfdir. Onu tələffüz etmək üçün dilin ucunu yuxarı damağın sonundakı 5 dişdən hər hansı birinin ucuna qoyub “z” demək lazımdır. Dilçilər deyiblər ki, bu hərfi ağzın sol tərəfində tələffüz etmək, yəni dili soldakı yuxarı künc dişlərin üzərinə qoymaq daha rahatdır.