POPULYARXƏBƏRLƏR

Azərbaycanda Məhərrəm ayı münasibətilə keçirilən mərasimdə bir dindar həbs edilib

Azərbaycanın Gəncə şəhərində Məhərrəm ayı ilə bağlı bu gün keçirilən ənənəvi dini mərasimdə bir nəfər həbs edilib.

APA-nın məlumatına görə, hadisə ilə əlaqədar Gəncə şəhər dindarları bəyanat yayıblar. Bəyanatda bildirilir ki, 29 dekabr 2009-cu il tarixdə Gəncədə Məhərrəm ayı münasibətilə keçirilən ənənəvi dini mərasimlərdə din tələbəsi Bəhruz Sadıqov polis tərəfindən əsassız həbs edilib. Digər mərasim iştirakçıları isə mərasimdən sonra polislər tərəfindən təzyiqlərə məruz qalıblar. Əsrlərdən bəri Məhərrəm ayında İmam Hüseynin (ə) şəhadətilə bağlı Gəncədə dərin hüznlə kütləvi mərasimlərin təşkil edildiyini qeyd edən dindarlar bu mərasimlərin milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsi olduğunu bildirirlər: "Hətta sovetlər dövründə belə Məhərrəm ayı mərasimləri Gəncədə daim kütləvi şəkildə qeyd edilib, dinsiz bolşevik rejimi xalqın iradəsini qıra bilməyib. Təsadüfi deyil ki, Gəncə "İmam Hüseyn Şəhəri" kimi də tanınır. Biz, Gəncə dindarları Məhərrəmliklə bağlı keçirilən mərasimə qeyri-qanuni olaraq müdaxilə edilməsinə və bütün bu qanunsuzluqlara qəti etirazımızı bildiririk. Polis tərəfindən saxlanılan şəxsin dərhal azadlığa buraxılmasını, dindarlara qarşı repressiyalara son qoyulmasını tələb edirik!"

Gəncə şəhər Polis İdarəsinin rəisi, polis-polkovniki Rasim Musayev isə APA-ya açıqlamasında B. Sadıqovun ictimai əsayişi pozduğu üçün saxlanıldığını bildirib. O, həmçinin təqsirləndirilən şəxsin inzibati qaydada məhkəmə tərəfindən cərimələndikdən sonra sərbəst buraxıldığını sözlərinə əlavə edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qərb bölgəsi üzrə rəsmi nümayəndəsi Firdovsi Kərimov da APA-ya hadisədən xəbərdar olduğunu bildirib. Komitə rəsmisi baş verən hadisə ilə bağlı mövqeyinin Gəncə şəhər Polis İdarəsi rəisinin dedikləri ilə üst-üstə düşdüyünü, əlavə şərh vermək istəmədiyini qeyd edib: "Polisin əlində əsas olmasa, heç kimi həbs etməz".




Yerləşdirilib:5 Yanvar, 2010  10:47, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com