Dişlərin dibində qalmış yemək qırıntılarını dəstəmaz alan və namaz qılan zaman udmaq olarmı?
Dişlərn dibində qalan yemək qırıntılarını udmağın dəstəmaza maneçiliyi yoxdur. Namaz zamanı yemək və içmək olmaz, bunlar namazı pozar. Amma dişlərin dibində qalan qırıntılar ağıza gələrsə, bunları udmaq namazı batil etməz. Yaxşı olar ki, bunun qarşısını almaq üçün adam namazdan qabaq dişlərini təmizləsin, heç olmasa ağzına su alıb yaxalasın.
İslam.az