Ərəb Ölkələri Liqasının baş katibi Əmir Musa ərəb ölkələrini nüvə enerjisi məsələsində İranı himayə etməyə çağırıb
O bildirib ki, İranın nüvə proqramı sülh məqsədi ilə yaradılıb və ərəb ölkələri Tehranın bu istiqamətdə bütün fəaliyyətini dəstəkləyir. APA-nın FARSNEWS-a istinadən verdiyi məlumata görə, Əmir Musa, həmçinin İsrailin nüvə silahına sahib olduğunu xatırladıb və bu dövləti insan haqlarını kobud şəkildə pozmaqda günahlandırıb.