UNESKO-nun İsfahanda mədəni, elmi və texniki araşdırmalar mərkəzinin açılması haqda razılaşma imzalanıb.
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, imzalanma mərasimi UNESKO-nun Parisdəki ofisində baş tutub. Razılaşma İranın elmi təhqiqat və araşdırmalar nazirinin müavini Nadiri və UNESKO-nun təbiət elmləri üzrə müdir müavini cənub Ardeln tərəfindən imzalanıb. Mərkəz UNESKO-nun tam nəzarəti altında tikilərək istifadəyə veriləcək.