Bu gündən hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb.
APA-nın məlumatına görə, bir sıra müsəlman ölkələrində, o cümlədən Azərbaycanda qeyd olunan Məhərrəm ayı münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası tərəfindən fətva verilib.
Bu il Məhərrəm ayının 10-cu günü - Aşura dekabrın 27-də qeyd olunacaq. Aşura günü Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə qanvermə aksiyasının keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, Məhərrəm İslam dininin birinci ayıdır. Bu ayın Aşura günündə Məhəmməd peyğəmbərin (s.ə.s.) nəvəsi, dördüncü xəlifə Həzrət Əlinin oğlu İmam Hüseyn əleyhissalam və yaxınları Yəzid ibn Muaviyyənin qoşunları tərəfindən qətlə yetirilib.