Tehran məhkəməsi "Alef" və "Cahannews" xəbər saytlarını İran prezidentinin əleyhinə çıxışlarına görə cinayət məsuliyyətinə cəlb edib.
APA-nın məlumatına görə, bu saytlar Ali Məhkəmənin dövlət rəsmilərinin əleyhinə yazı yazanların qeyd-şərtsiz cinayət məsuliyyətinə cəlb olunacaqları ilə bağlı xəbərdarlığına baxmayaraq, İran prezidentinin əleyhinə xoşagəlməz yazılar dərc edib. Hazırda "Alef" və "Cahannews" saytlarının fəaliyyəti haqqında təhqiqat aparılır.