Enerjisi üzrə Beynəlxalq Agentliyinin keçmiş direktoru Məhəmməd Əl-Baradey Misirdə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürəcəyini bildirib.
APA-nın məlumatına görə, Əl-Baradey bu niyyətini "Misir bu gun" qəzetinə telefonla Vyanadan verdiyi xüsusi müsahibədə bildirib: "Seçkilərinə müstəqil namizəd kimi qatılmaq istəyirəm. "Siyasi partiyalara hörmət edirəm, lakin mən müstəqil insanam, seçkilərə də ancaq müstəqil qatıla bilərəm". O prezidentlik iddiasının şəxsi məsələ olmadığını bildirib: "Xalqın arzusu olarsa, mən ölkə Konstitusiyasına müəyyən dəyişikliklər edilməsini müsbət qarşılayıram. Əgər Misir irəli hərəkət etsə, bütün ərəb dünyası onunla hərəkət edəcək". Məhəmməd əl-Baradey bir daha İsveçrə vətəndaşı olduğunu inkar edib və bildirib ki, Misirdən başqa heç bir ölkənin vətəndaşı deyil.