Qüsl zamanı qulağın içini yumaq lazımdırmı? Bəs burnun içini, qulaqdakı sırğa dəliklərini necə?
Qüsl zamanı bütün bədən başdan ayağa kimi tam yuyulmalıdır. Bədən üzvlərində iynənin ucu boyda quru yer qalsa, qüsl batil olar. Lakin bu qanun, görünən bədən üzvlərinə aiddir. Qulaqların görünən hissələri yuylmalıdır. Burun və qulaq dəliklərinə gəlincə, bunlar kənardan baxanda görünmədiyi üçün, yuyulmaları vacib deyil. Həmçinin, qulaqdakı sırğa dəliklərinin içi də əgər görünərsə, yuyulması vacibdir.
İslam.az