Kişi öz həyat yoldaşına bir dəfə talaq veribsə, onların yenidən barışmaları mümkündürmü?
Şəriətə görə, ər öz arvadına bir dəfə talaq verdikdən sonra iddə müddətində yenə onun yanına qayıda bılər və bu zaman təzədən kəbin kəsdirmək lazım deyil. İkinci dəfə də bu vəziyyətin təkrar edilməsinə icazə verilir. Bu talaqlar “rici” (qayıdış) talaqları adlanır. Üçüncü talaq isə “bain” talaq adlanır. Üçüncü talaqdan sonra kişinin öz arvadına qayıtmasına icazə yoxdur. Bu halda yalnız qadın başqa bir kışiyə ərə gedib (aralarında cinsi əlaqə olmaq şərti ilə) ondan boşansa və ya ikinci əri vəfat etsə, yenidən birinci əri onu kəbinlə özünə arvad edə bilər (Bəqərə, 230). Əgər rici talaqdan sonra iddə müddətində kişi öz arvadının yanına qayıtmasa, iddə bitdikdən sonra qayıtmaq istəsə, kəbini yenidən oxutmalıdır.
İslam.az