Fars əsilli bir müsəlman İmam Əliyə (ə) şərbət verir. O Həzrət (ə) ondan bunun səbəbini soruşduqda bildirir ki, “Bizdə bu gün Novruz bayramıdır”. Həzrət Əli (ə) “Bu gündə daha nələr edirsiniz?” deyə soruşur. O Novruz adət-ənənələrinə xas olan küsülülərin barışması, evlərin təmizlənməsi, böyüklərin və yaxın qohumların ziyarət edilməsi kimi əməlləri sayandan sonra Həzrət Əli (ə) buyurur ki, “Hər gününüzü Novruz edin” və şərbəti alıb içir.
(Mən La Yəhzuruhul-Fəqih, c. 3, s. 300)