POPULYARXƏBƏRLƏR

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri İsveçrədə minarələrin inşasına qoyulan qadağanı pisləyirlər -

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri İsveçrədə minarələrin inşasına qoyulan qadağaya münasibət bildiriblər.

Bakı və Xəzəryanı Yeparxiyanın mətbuat katibi Konstantin Ata APA-ya bildirib ki, demokratiya haqqında hamıdan çox danışan və onu başqalarına zorla qəbul etdirmək istəyənlərin özlərində demokratiya olmur: " Buna Birləşmiş Ştatları misal göstərmək olar. Bu ölkədə bir çox dini sektaları fəaliyyətinə geniş şərait yaradılıb, bir çox sektaların fəaliyyəti isə qadağan edilib. Yaxud götürək rezervasiyada yaşayan hinduları. Həmin vəziyyət Avropada da mövcuddur, onlar demokratiya barəsində çığırırlar, amma oradakı cəmiyyətlər hamıdan az demokratikdir. Minarələri qadağa etmək ağıllarına gəlib, qadağanı ediblər. Əlbəttə, referendum keçirilib, amma yazıq müsəlmanlar azlıqda qalıblar. Biz bu qərarı pisləyirik, bu qərar mömin müsəlmanların və digər konfessiyalara məxsus insanların hüquqlarını pozur. Moskva Patriarxiyası artıq bu qərara münasibət bildirib. Avropanın ürəyi olan İsveçrədə insanlar öz dini ayinlərini həyata keçirə bilmirlər, bu möminlərin hüquqlarının pozulmasıdır".

Konstantin Ata Azərbaycanda pravoslav kilsəsinin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmadığını deyib: "Biz öz dini mərasimlərimizi rahat şəkildə həyata keçiririk, azad şəkildə ibadətlərimizi edirik, məzarlarımızı ziyarət edirik. Əgər biz Bakının mərkəzində tədbir keçirmək istəyəndə - məsələn, iyunun 24-də Qız Qalasının yanında Apostol Varfolomeylə bağlı ibadət keçirirdik - bununla bağlı şəhər rəhbərliyi bizə hər zaman icazə verir. Bizim fəaliyyətimiz üçün heç bir maneə yoxdur, nə kilsələrdə zənglərin çalınmasına, nə ibadət, nə də ki xaç yürüşü keçirməyə heç bir məhdudiyyət yoxdur. Şəhərin mərkəzində ibadət və yaxud da xaç yürüşü keçirmək istəyəndə meriya digər sanksiyalı kütləvi tədbirlərə olduğu kimi icazə verir. Bizim bütün kilsələrimizdə səhər saat 9-da və axşam saat 17-də kilsə zəngləri çalınır, Pasxa və Milad bayramlarında isə kilsə zəngləri heç bir qadağa və məhdudiyyət qoyulmadan gecə də çalınır".

Azərbaycanda yaşayan Avropa Yəhudiləri İcmasının rəhbəri Gennadi Zelmanoviç də məsələyə münasibət bildirib: "Deyirlər ki, Avropa ölkələri tolerant ölkələrdir, amma bu ölkələrdə məscidlərin, sinaqoqlarn və katolik kilsələrin inşasına məhdudiyyətlər qoyulur. Mənim üçün çox təəccüblüdür ki, İsveçrə və bu ölkənin vətəndaşları belə bir qərar verdilər. Mən buna mənfi münasibət bildirirəm". İcma rəhbəri Azərbaycanda təmsil etdiyi icmanın fəaliyyəti üçün heç bir problem olmadığını deyib: "7 il əvvəl yeni sinaqoqainşa etmişik, onun fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayıb. Azərbaycan dünyanın tolerant ölkələrindən biridir, bir çox beynəlxalq konfranslarda bu ölkə digərləri üçün nümunə kimi göstərilir".

Azərbaycanda yaşayan Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxiilov APA-ya açıqlamasında İsveçrədə çox az sayda müsəlman yaşadığını xatırladıb: "İsveçrə Avropa ölkəsidir, orada cəmisi 4 minarə varsa, deməli islam tərəfdarlarının sayı çox deyil. Həmin minarələri qorumaq lazımdır. Hansı dinə aid olmasından asılı olmayaraq, müqəddəs olan dini abidələri sındırmaq, məhv etmək olmaz. Bu kafirlikdir, Allah belə insanları cəzalandırır. Minarələr gözəllikdən başqa heç nə yaratmır".

Semyon İxillov Azərbaycanın tolerant bir ölkə olduğunu vurğulayb: "Bu ölkədə hər bir şeyə böyük hörmətlə yanaşılır. Burada nə minarələr, nə azan, nə kilsələr, nə sinaqoqlar heç kimə maneçilik etmir. İstənilən ibadət aparılırsa, ona hörmət etmək lazımdır, çünki ibadət edən insanlarla böyük yaradan arasında ünsiyyət yaranır, ona görə də bu mənzərəyə hörmətlə, anlamla yanaşmalısan". Semyon İxillov Dağ Yəhudiləri İcmasının Azərbaycanda çox sərbəst fəaliyyət göstərdiyini deyib: "Hətta ayda bir dəfə, yeni ay çıxanda biz ibadətimizi sinaqoqun həyətində keçiririk, yeni aya ibadət edirik. Bizim fəaliyyətimiz üçün heç bir məhdudiyyət yoxdur və heç vaxt olmayıb, biz heç kimə maneçilik etmirik. Bu ənənələr tarixidir və heç nə dəyişilə bilməz".

Azərbaycanda fəaliyyət göstərən katolik kilsənin rəhbəri Vladimir Fekete isə İsveçrədə referendumlar tez-tez keçirildiyini deyib: "İldə 4-5 dəfə bu ölkənin rəhbərliyi əhalidən müəyyən məsələlərə münasibət öyrənir. Minarələrlə bağlı referenduma Müqəddəs Taxt Tac münasibət bildirərək öz təəccübünü bildirib və bunu dini azadlığın məhdudiyyəti kimi dəyərləndirib. Belə bir referendum nə dinlərarası, nə də dövlətlərarası münasibətlərin inkişafına xidmət etmir".

Vladimir Fekete Bakıda bir aydan az bir müddətdə çalışdığını bildirib: "Bu müddətdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr Ata ilə görüşmüşəm. Bu görüşlərdən başa düşdüm ki, bu ölkədə dinlərarası münasibətlər çox yüksək səviyyədədir. Bu müddətdə katoliklərə aid olan heç bir problem barədə eşitməmişəm. Bakıda yeni katolik kilsə inşa edilib, orada quraşdırılmış zənglər gündə bir dəfə, bazar günləri isə üç dəfə səsləndirilir".



Yerləşdirilib:5 Dekabr, 2009  00:27, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com