Azərbaycanlı hacılar Vətənə qayıtmağa başlayıblar.
Bu barədə APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib. Mətbuat xidmətinin rəhbəri deyib ki, artıq avtobusla Vətənə qayıdan hacılar Suriya ərazisindədirlər. Təyyarə ilə Həccə gedənlər isə dekabrın 4-dən başlayaraq Mədinə-Bakı reysi ilə Azərbaycana dönəcəklər: "Hacıların səhhəti normaldır, onlar özlərini yaxşı hiss edilər. İndiyə kimi heç bir ciddi problem yaşanmayıb".