Azərbaycandakı məscidlərin və müqəddəs ziyarətgahların əksəriyyətində Qurban bayramı qeyd olunub. APA-nın xəbərinə görə, ibadət ocaqlarında səhər saat 10.00-da bayram namazı qılınıb, dualar oxunub.
Namazda iştirak edən insanlara Qurban bayramı haqqında məlumatlar verilib.
Bir çox məscidlərdə axundlar tərəfindən oxunan moizələrdə isə qurban kəsilməsinin qaydaları və savabları haqda danışılıb. Bundan başqa, ibadət ocaqlarında qurban kəsilərək imkansızlara və kimsəsizlərə paylanılıb.