Əgər xörək qazanının içinə bir damcı nəcasət, məsələn, qan düşsə, xörəyi pak etmək üçün hansı yol var?
Nəcasətin hökmü budur ki, əgər kür miqdarından (təqribən 384 litrdən) az olan saf (yəni qarışıqsız) suyun içinə bircə damcı nəcasət düşsə, bütün su nəcəsdir və onu pak etmək mümkün deyil. Həmçinin, qarışıq suyun və ya hər hansı başqa mayenin içinə də bircə damcı nəcasət düşsə və mayeyə qarışsa, artıq onu pak etmək mümkün olmaz. Xörək qazanı da bu hökmə tabedir. Xörəyin qaynaması və buxarlanması da kömək etməz. Çünki qaynama vasitəsilə pak olma yalnız üzüm şirəsinin sirkəyə və doşaba çevrilməsi zamanı mümkündür ki, bunun da öz şərtləri var.
Qeyd edək ki, əgər nəcasət qazana elə düşsə ki, qarışmadan və həll olmadan onu çıxarmaq mümkün olsun, - bu halda, xörəyi pak hesab etmək olar. Məsələn, qan damcısı qazanın üzündə olan ət tikəsinin üstünə düşsə, axıb xörəyə qarışmazdan əvvəl əti qazandan çıxarsalar, qalan xörək pakdır.
İslam.az