POPULYARXƏBƏRLƏR

Onlar getdikləri məscidlərdə və məclislərdə ancaq təxribat xarakterli əməlləri ilə yadda qalıblar - Xaçmaz rayonu “Təzə şəhər məscidi”nin imam-cüməsi

Bu günlərdə mətbuatda yayılan məlumata görə, Xaçmaz şəhərinin qeyri-ənənəvi dindarları olan sələfilər (vəhhabilər) rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevlə görüşüblər. Məqsəd Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin birgə razılığı əsasında Xaçmaz şəhər məscidinin təmirə bağlanması olub.

Məsələyə aydınlıq gətirmək üçün yarandığı gündən də əsasən şiə müsəlmanların ibadət etdiyi ocaq olan Xaçmaz rayonu “Təzə şəhər məscidi”nin imam-cüməsi Zaur Məmmədovla əlaqə saxladıq.

- Son günlərdə Xaçmaz şəhər məscidinin təmirə dayanması haqqında mətbuatda bəzi  söz-söhbətlər gəzir. Bu haqda nə deyə bilərsiz?

- Bəli, qeyd etdiyiniz kimi Xaçmaz şəhəri “Təzə şəhər “məscidi 01.03.2014-cü il tarixindən etibarən “Təzə şəhər məscidi” dini icmasının qərarı, DQİDK və QMİ-nin də bu qərarı təsdiq edilməsi ilə təmirə dayandırıldı. Məqsəd məsciddə yaranan su, istilik, işıqlanma və sair bu kimi problemləri aradan qaldırmaqdır. Dini icma olaraq məscidin mövcud imkanlarını nəzərə almaqla bunun da ən əvlerişli yolunu məscidin fəaliyyətinin müvəqqəti dayandırılmasında gördük. Odur ki, mən burada anlaşılmayan və yaxud hər hansı söz-söhbətə səbəb olacaq bir problem görmürəm.

- Təmir işlərinin tamamlanması və məscidin fəaliyyətinin yenidən bərpası ilə bağlı hər hansı bir tarix nəzərdə tutulubmu?

- Dəqiq tarix söyləmək çox çətindir. Çünki həqiqətən məsciddə görüləcək çox iş var. Hələki layihə hazırlanır. Layihə hazırlandıqdan sonra sərf ediləcək maddi vəsait hesablanacaq. Daha sonra təmir işlərinə başlanılacaq.  Bu arada xüsusu qeyd edim ki, məscidin fəaliyyətinin dayanması icmamızın fəaliyyətinin dayanması demək deyildir. Biz icma olaraq fəaltiyyətmizi davam etdiririk. Aylardır həyata keçirdiyimiz layihələr var. Kurslar təşkil olunub və maariflənmə yolunda işlər görülür.

- Gündəlik, xüsusi ilə Cümə namazlarının qılınması üçün hər hansı bir yer nəzərdə tutulubmu?

- Təbii ki, bu haqda təmir qərarından qabaq aidiyyatı qurumlarla razılaşma əldə olunub. Cümə namazları üçün rayona ən yaxın kəndlərdən olan Qaraçı kənd məscidi nəzərdə tutulub. Artıq həmin məsciddə ilk Cümə namazı qılındı. Möminlər üçün gündəlik namazlarını da orada qılmağa hər cür şərait yaradılıb. Lakin bu məscid şəhərimizdən kənarda olduğu üçün daha çox N.Nərimanov küçəsində yerləşən “Pirkənd” məscidində əhli-sünnə camaat ilə birlikdə qılmağa üstünlük verirlər.

- Bildiyimizə görə sizin məscidinizdə sələfilər də namaz qılırdılar, bəs onların indiki və təmirdən sonrakı durumları necə olacaq? Qeyd edək ki, bizə çatan xəbərlərə görə onlar Rayon İcra başçısına bu haqda narahatlıqlarını bildiriblər.

- Bu suala cavab verməzdən öncə bir neçə məsələni nəzərinizə çatdırmağı lazım bilirəm. Bildiyiniz kimi Azərbaycanın şimal bölgəsində yerləşən Xaçmaz rayonu son 70 ildə yaranan bir rayondur. Burada müxtəlif xalqlar və məzhəblər yaşayır. Təbii ki, bu da bizim zənginliyimizdən xəbər verir. İstər sovetlər birliyi dönəmində, istərsə də müstəqilliyimizin ilk illərində bu rayonda hər kəs bir vətəndaş və yerli camaat olaraq qarşılıqlı səmimiyyət və mehribanlıqla yaşamışlar. Bir-birlərinin daim xeyr və şər məclislərinin iştirakçısı olublar. Heç bir zaman istər milli, istərsə də dini zəmində hər hansı bir münaqişə yaşanmamışdır. Demək olar ki, bölgəmizdə tam tolerantlıq abu-havası hökm sürüb. Elə bu gün də bizlər əhli-sünnə qardaşlarımızla birlikdə öz dini ayinlərimizi və tarixi günlərimizi qeyd edirik. Bundan öncə də qeyd etdiyim kimi məscidimizin təmirə dayanması ilə əlaqədar hər kəs birlikdə bütün gündəlik namazlarını birlikdə, eyni səfdə qılırdılar. Lakin son bir neçə ildə meydana çıxan və yeni adları ilə sələfi adlanan vəhhabilər hər zaman bu səmimiyyətə kölgə salmağa çalışmışlar. Getdikləri məscidlərdə və məclislərdə ancaq təxribat xarakterli əməlləri ilə yadda qalıblar. Bu günlərdə aldığımız xəbərlərə görə müsəlmanların birgə namaz qıldığı məscidə də gedib orada xoşagəlməz vəziyyət yaradıblar. Əlbəttə bizim heç kimin dini inancı ilə işimiz yoxdur. Lakin ölkənin sabitliyini və səmimiyyəti pozmağa çalışan biriləri varsa, o zaman işlər dəyişir. Biz həmin qrupları məscidimizdə görməyi heç vaxt arzu etməmişik. Təbii ki, bundan sonra da görmək istəmirik. Lakin hər şey də bizim istəyimiz ilə baş tutmur. Ölkədə qanun və qayda var. Bizlər bu məsələyə icma olaraq qərar verəcəyik. Əlbəttə bu qərar da yenə aidiyyatı qurumlarla razılaşdırılmış formada olacaqdır.

- Deyilənlərə görə onlar məscidin sırf onlara görə bağlandığını iddia edirlər, bu haqda nə deyə bilərsiz?

Məscidin bağlanma səbəbi haqda suala cavab verdim. Bundan başqa deyilənlər şayədən başqa br şey deyildir. Əgər səbəb başqa olsaydı, onu da deyərdim. Bizim kimdənsə gizli bir işimiz yoxdur. Görülən bütün  işlərin qanun çərçivəsində həyata keçirməyə çalışan bir icmamız var. Biz heç bir zaman məsləhətsiz və özbaşına iş görməmişik. Doğrudur, bu mövzunu bəhanə edərək özlərini güclü göstərməyə çalışanlar da var. Amma anlamırlar ki, güclü görünmələri üçün çalışdıqları ünvan biz deyil, Azərbaycan dövlətidir. Bunun da nəticəsi onlar üçün heç də xoş olmayacaq.

- Rayonda qeyri-dindar əhali arasında sələfilər (vəhhabilər) necə qarşılanırlar?

Bir sözlə desək çox pis. Onların üzündən dağılan ailələr və övladından imtina edən valideynlər var. Xüsusi ilə Suriya hadisələrindən və bunların da onlara açıq dəstəyindən sonra xalqın nifrəti daha da artıb. Məscid ətrafında yaşayan sakinlər demək olar ki, hər gün bu üzdən şikayətlənirlər. Camaat küçədən keçən bir vəhhabi gördükdə qeyri-adi baxışlarla onu süzürlər. Əsasən də xırda uşaqlar onların simasından çox qorxurlar. Mən şəxsən bunun dəfələrlə şahidi olmuşam. Hər halda heç də ürəkaçan bir hal deyil. Dəfələrlə məscidə gələn qeyri-dindar camaat bunlar haqqında bir tədbir görməmizi tələb ediblər. Təəssüflə qeyd etməliyəm ki, o şikayətlə gələnlər arasında onların öz valideynləri və yaxın qohumları əksəriyyət təşkil edir. Bunlar belə bir “İslam”ı kimdən və necə qəbul etdiklərini anlamaq mümkün deyil. Allahdan onlara hidayət arzu edirəm!



Yerləşdirilib:11 Mart, 2014  14:55, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com