Dinimiz süni surətdə qiymətləri qaldırmağa, yəni möhtəkirlik etməyə icazə verirmi?
Doğrudur, hər kəsin satdığı mala istədiyi qiyməti qoymaq haqqı vardır. Amma bir malın bazarda tapılmamasından, qıtlıqdan istifadə edərək, ya da bayramı bəhanə edərək qiymətləri süni surətdə qaldırmaq günah sayılır. Bunu mütəşəkkil formada etmək isə möhtəkirlikdir. Möhtəkirlik bəyənilməz əməllərdən biridir, bunu edən günah qazanır. İslam müqəddəsləri həmişə möhtəkirliyi ticarətə aid olan günahlardan biri hesab etmiş və qınamışlar. Həzrət Əli (ə) Malik Əştəri Misrə vali təyin edərkən, ona yazdığı ətraflı təlimatnamədə tacirlərlə rəftar etmək və möhtəkirliyin qarşısını almaq tədbirləri haqqında da ətraflı məlumat vermişdi: “Möhtəkirliyin qarşısını al. Çünki Allahın Peyğəmbəri onu qadağan edib. Sənin qadağanından sonra möhtəkirlik edəni cəzalandır; elə cəzalandır ki, onun rüsvay olmasına səbəb olsun; amma həddi keçməsin“ (Nəhcül-bəlağə, 53-cü məktubdan).
İslam.az