POPULYARXƏBƏRLƏR

Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

QMİ-dən APA-ya daxil olan təbrikdə deyilir: "İslam aləminin ən mübarək günü – müqəddəs Qurban bayramı münasibətilə bütün Azərbaycan dindarlarını səmimi qəlbdən təbrik edir, Allah-Taaladan xalqımıza və dövlətimizə rifah, əmin-amanlıq və səadət diləyirəm.

Dünya müsəlmanlarının Eydül - Əzha - Böyük bayram kimi qeyd etdiyi Qurban mərasimi qədim tarixi və ilahi məzmunu olan bir ənənədir. Hənif Peyğəmbərimiz Həzrəti İbrahim Əleyhissəlamın Allah-Taalaya olan sədaqəti müqabilində Rəbbimizin ali mükafatı böyük mənəvi və fəlsəfi dəyərə malikdir. Pərvərdigari-Aləm Həzrəti İsmayıl Əleyhissəlamın özünü deyil, ata sözünə vəfasını, valideyninə təmənnasız sevgisini, şərə-şeytana nifrətini peyğəmbər övladının yüksək məziyyəti kimi qəbul edir və həmin andan etibarən insan qurbanı adəti bəşərdən tamamən götürülür. Allaha əhdinə sadiq qalan hər bəndə nəticədə layiq olduğu mükafatı qazanır. Ona görə də hər birinizə həyatın bütün məqamlarında səbr, dəyanət və əzmlə yanaşı, Allah əhdinə sədaqətli olmağı, valideyninə ehtiramla yanaşmağı, verdiyi sözü uca tutmağı, ümumi mənafeni şəxsi istəklərindən üstün bilməyi tövsiyə edirəm".

Qurban bayramının təqvimimizin mübarək tarixlərindən biri olduğunu qeyd edən A. Paşazadə bayramlarımızın mahiyyətinin ictimai bərabərlik, yardımlaşma və mərhəmət ruhundan ibarət olduğunu, əsas qayəsini isə ailədə barış, cəmiyyətdə sülhün bərqərar olması təşkil etdiyini vurğulayıb. Şeyxülislam Qurban süfrəsində kimsəsizlərə, yetimlərə, qocalara, imkansızlara yardım ediləcəyini, xeyriyyə tədbirlərində bayramın əzəli dualarının səslənəcəyini bildirib: "Məkkədə, Mina dağında Həcc əməllərini tamamlayıb, bayram qurbanlarını kəsdirən azərbaycanlı hacılarımız da dövlətimizin qüdrəti, xalqımızın xoşbəxtliyi və Qarabağ zəfəri üçün bizimlə bərabər dualar edəcəklər. Biz də torpaqlarımız və müstəqilliyimiz uğrunda şəhid olanların ruhuna rəhmət diləyir, Allah dərgahında qurbanlarımızın qəbul, niyyətlərimizin müstəcəb olması üçün xeyir-dualar edir, bütün Azərbaycan xalqını əziz bayram münasibətilə bir daha ürəkdən təbrik edirik.
Allah köməyimiz olsun!"



Yerləşdirilib:25 Noyabr, 2009  17:49, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com