Səudiyyə Ərəbistanı bu il Azərbaycana 6 min nəfərlik kvota ayırıb
Bu il Azərbaycandan avtobus vasitəsilə dekabrın sonu həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılmış kvota dolub. Hazırda yalnız təyyarə ilə ziyarətə gedəcək zəvvarların qeydiyyatı aparılır. Qeydiyyat noyabrın 5-də başa çatacaq. Qafqaz müsəlmanları idarəsinin (QMİ) sədr müavini Hacı Salman Musayev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, özəl şirkətlərə həcc ziyarəti üçün verilən kvotada da artıq bitib. Bu məsələdə zəvvarları daha diqqətli olmağa çağırıb.
Qeyd edək ki, bu il Səudiyyə Ərəbistanı həcc ziyarəti ilə bağlı Azərbaycana 6 min nəfərlik kvota ayırıb. Hacı Salmanın sözlərinə görə, artıq Səudiyyə Ərəbistanında azərbaycanlı zəvvarların qalacağı yerlərdə hazırlıq işləri sona çatıb.