Azərbaycandan Həcc ziyarətinə təyyarə ilə gedən zəvvarların ilk qrupu bu gün səhər Heydər Əliyev Beynəlxalq Hava Limanından yola salınıb.
Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Təyyarə ilə Həccə gedəcək zəvvarların ikinci qrupu isə bu gün axşam yola salınacaq. Digər qruplar isə müvafiq olaraq noyabrın 19 və 20-də yola düşəcəklər.
Avtobusla Həccə gedən zəvvarlar isə artıq Səudiyyə ərəbistanı Krallığına daxil olublar.
Zəvvarların səhhətinin normal olduğu bildirilir.