Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzər müşaviri Sadık Eraslanla müsahibə
- Türkiyə və Azərbaycan arasında dini sahədə əməkdaşlıq əlaqələri hansı səviyyədədir və necə inkişaf edir?
- Bildiyiniz kimi, Azərbaycan və Türkiyə qardaş ölkələrdir və bu ölkələrin tarixi və mədəni kökləri birdir, bu iki ölkənin taleləri eynidir. Hər iki ölkə bir-biri üçün şəhid vermiş, qan tökmüşdür. Dini baxımdan da bu iki ölkə digər dövlətlərdən çox fərqlidir, biri-birinə çox yaxındır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra Türkiyə Azərbaycanla yaxından əməkdaşlıq etmişdir. Bu işdə Diyanət İşləri Başqanlığı (Dini İşlər üzrə dövlət İdarəsi) və QHT-lər də yaxından iştirak ediblər. Naxçıvan da daxil olmaqla Türkiyə Azərbaycanda 8 məscid inşa edərək yerli sakinlərə hədiyyə etmişdir. Bundan başqa, yerli sakınlərə xidmət etmək üçün, dini məlumatları xalqa çatdırmaq üçün elmli şəxslər Azərbaycana göndərilmiş və onların maaşı Türkiyə tərəfindən ödənmişdir.
Türkiyənin Dini İşlər üzrə İdarəsi ilə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsi (QMİ) arasında dini fəaliyyətlərlə bağlı sənədlər imzalanıb, iki dövlətlərin aidiyyəti qurumları rəsmi ziyarətlər təşkil ediblər. Dövlət başçıları, millət vəkilləri və digər məsul şəxslər bu barədə müzakirələr aparıblar.
Dini təhsil almaq üçün İmam Hatip (dini təmayülli orta məktəb) məktəblərinə, Quran kurslarına, Universitetlərə azərbaycanlı tələbələr göndərilir. Bunlar hər iki dövlətin rəsmi izni ilə həyata keçirilir. Bu istiqamətdə münasibətlərimiz getdikcə daha da zənginləşir. Türkiyə bu imkanları ən yüksək səviyyədə azərbaycanlı qardaşlarına təqdim edir.
- Kənardan baxışın vəziyyəti daha dolğun göstərdyini söyləyirlər. Azərbaycandakı dini vəziyyəti, bu ölkədə müsəlmanların birliyini və vəhdətini necə dəyərləndirirsiniz?
Allaha şükürlər olsun ki, Azərbaycan Yaxın Şərqdəki dövlətlərdə olduğu kimi hər hansı bir məzhəb problemi yaşamır. Getdiyimiz məscidlərdə müşahid edirik ki, şiə və sünni müsəlmanlar eyni imamın arxasında cümə namazı qılıır. Bəzi məscidlərdə şiələr və sünnilər günlük namazlarını yan-yana qılırlar. İkisi də eyni qibləyə yönəlir, eyni Fatihə surəsini oxuyur, ikisi də Allahu əkbər deyir, Allaha və Peyğəmbərinə salavat göndərir. Kiçik fərq olsa da azan da eynidir. Xarici ölkələrdən hər hansı bir qonaq bu məscidlərə gedərsə, burada bəlkə də iki fərqli şiə və sünni məzhəblərinin olmasını başa düşə bilməz.
Din müsəlmanları vəhdətə çağırır. Azərbaycanda qardaşlıq fəlsəfəsi, sevgi fəlsəfəsi mövcuddur.
- Bildiyiniz kimi, hazırda dini sahə ilə bağlı əksər ölkələrdə əsas problem Radikalizm və ekstremizim təzahürləri, onların qarşısının alınması və onlarla mübarizədir. Türkiyənin bu məsələdə əldə etdiyi təcrübələr hansılardır?
Söylədiyiniz kimi Türkiyə dərin islami təcrübə əldə etmişdir. İslam şüurunun mövcud olduğu yerdə radikalizm və ekstremizm ola bilməz. Türkiyə bu problemi təlim-tərbiyə və təhsil ilə həll etmişdir. Orta məktəblərdə, universitetlərdə dini dərsləri, Quran kurslarının keçirilməsini həqiqi elmli gənclərə həvalə edib. Bu təhsil müəssəsələrindən böyük din alimləri yetişdi. Bu insanlar kitablar yazdılar, konfranslar keçirtdilər və doğru dini bilikləri insnlara təbliğ etdilər. Məktəblərdə dini dərslər tədris edildi.
Bundan başqa məbədlər və ibadətxanalar da çox əhəmiyyətli rol oynayır. Hər məhəllədə, hər küçədə məscidlər var. Məhəllə imamı eyni zamanda o məhəllənin dini müəllimidir. Ailələrə dini dərslər verir. Ailə üzvləri bu məscidlərdə imamlardan dini məlumatlar alırlar. İnsanlar Quran, Məhəmməd Peyğəmbərin (s) tarixi, hədis, dinin əsas təməlləri kimi dərslər alırlar. Ailələr övladlarını həqiqi İslamla tanış edirlər. Həqiqi İslamda isə radikalizmə yer yoxdur. İslamın tədris edilməməsinin millət hər zaman zərərlərini görmüşlər və görürlər.
- Türkiyədə müxtəlif cərəyanlar və camaatlar mövcuddur. Bu camaatlar dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda da fəaliyyət göstərirlər. Bilmək istərdik ki, bu camaatların Türkiyə dövləti və Dini İşlər üzrə İdarəsi ilə münasibəti necədir və bunların fəaliyyətinə necə nəzarət olunur?
Mən dini işlər üzrə müşavir olduğum üçün bu sualın cavabını Dini İşlər üzrə İdarənin siyasəti çərçivəsində cavablandıra bilərəm. Avropada və digər yerlərdə dini fəaliyyət göstərən müxtəlif qruplar var. Hətta bəzən onların məscidləri də ayrı olur. Bizim diyanət işləri üzrə rəhbərimiz Avropaya getdikdə bütün camaatlarla görüşür, onların hamısını dəvət edir və onlara müraciətlər edir. Dini İşlər üzrə İdarə bütün bu qruplara geniş bir çərçivədən baxır və onları öz ətrafında birləşdirməyə çalışır. Bu qruplardan hər hansı biri dövlətlərin qanunlarına zidd, başqasına zərər verən, anarxiya yaradan, terror növündən olan qanunsuz fəaliyyətlər göstərməzsə, onları biri-birindən ayırmaz və özündən uzaqlaşdırmaz. Zərərli olan, qanunlara zidd fəaliyyət göstərən kim olursa olsun, onları da uzaqlaşdırmaq lazımdır. Əsas siyasətimiz bundan ibarətdir.