İnsan zöhr və əsr namazlarını qılmadan günorta yatıb yuxuya qalır. Oyananda görür ki, məğrib azanına cəmi bir namazlıq vaxtı qalıb. Bu halda nə etməlidir?
Zöhr və əsr namazları yalnız ardıcıllığa uyğun qılınmalıdır, yəni əvvəlcə zöhr, sonra əsr namazı. Əvvəlcə əsr namazını, ardınca zöhr namazını qılmaq olmaz, bu halda hər iki namaz batil olar. Məğrib və işa namazlarının da hökmü bu cürdür. Amma əgər məğrib vaxtına cəmi bir namazlıq vaxt qalıbsa, bu zaman əsr namazını qılmaq lazımdır. Çünki bu müddət əsr namazının xüsusi vaxtıdır və zöhr namazının vaxtı artıq bitmiş sayılır. Belə şəraitdə adam əvvəlcə əsr namazını qılmalı, sonra isə (məğrib vaxtı daxil olduqdan sonra) zöhr namazını qəza etməlidir.
İslam.az