POPULYARXƏBƏRLƏR

Radikallar insanların dinə olan sevgisini ən aşağı səviyyəyə gətirib - Şamaxı Cümə Məscidinin dini icmasının sədri

Bu günlərdə Şamaxı Cümə Məscidinin dini icmasına yeni sədr seçilib – Akif Hüseynov. Oxuculara İslam.az-ın vəhhabi-təkfirçi təxribat və təbliğatlarından əziyyət çəkən Şamaxı bölgəsindəki ümumi vəziyyətlə bağlı sözü gedən icmanın sədri ilə müsahibəsini təqdim edirik:

- Şamaxıda dini sahədə ab-hava necədir?

- Şamaxıda dindar, imanlı şəxslər çoxdur. Tarixən bu yer öz alimləri ilə məşhur olub, bu bölgə çoxlu iman əhli yetişdirib ki, həmin şəxslər də İslam dininin möhkəmlənməsində böyük rol oynayıblar. Əlbəttə təəssüflər olsun ki, hazırda bəzi problemlərimiz var ki, biri də radikallıqdır. Radikallar insanların dinə olan sevgisini, meylini ən aşağı səviyyəyə gətirib. Onlar prezidentimizin yenidən bərpa etdirdiyi bu məscidə davamlı gəldikləri üçün kənardan baxanlar bura ibadətə gələnlərə “sən vəhhabisənmi?” deyə sual verirlər. Məscid o qədər radikalların təsiri altındadır ki, bu hal insanları hürküdür. Düzdür, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və QMİ-nin təyin etdiyi işçilər çalışırlar ki, həmin radikal qüvvələr oraya girməsin. Lakin məscid bağlı olduğu vaxtlar onlar evlərdə, dükanlarda, mağazalarda, iş yerlərində təbliğatlarını aparırlar. Məsciddəki fəaliyyətin zəif və ya güclü olmasından asılı olmayaraq, onlar digər yerlərdə də öz zəhərli toxumlarını səpirlər. Lakin onlar hər nə qədər insanların beynini korlamağa çalışsalar da istəklərinə elə də nail ola bilmirlər. Biz radikallığa meylli insanlarla söhbət edir və edəcəyik də və bununla onları bu səhv yoldan uzaqlaşdırmağa çalışacağıq.

- Radikal deyəndə kimləri nəzərdə tutursunuz?

- Konkret hansısa cərəyanı nəzərdə tutmuram. Radikal düşüncəyə malik şəxsləri və qrupları deyirəm.

- Problemləri nədə görürsünüz?

- Şamaxıdakı dini sahədə məlumatsızlıqdan qaynaqlanan bəzi problemlər var. Bu problem radikal cərəyanlarla bağlıdır. Onlara qoşulan gənclərin sayı az da olsa artır. Qeyd edim ki, bu radikallara qoşulan insanlar hansı yolla getdiklərindən, işin nəticəsinin təhlükəli olduğundan xəbərləri olmadığından, saqqallarını uzadıb şalvarlarını qısaldırlar. Zahirdə hər şey onlara gözəl görünür, lakin nəticə etibarilə onların xarici qüvvələrin təsiri altında olduğunu kənardakılar bilsə də, “işin içində olanlar” bilmirlər. Çox təəssüflər olsun ki, bu tələyə düşənlər “cahil” olduqları üçün çıxış yolları da axtarmırlar və düşünmürlər də. Onlar haqq yolda olduqlarına inanırlar. Radikal qüvvələr təbliğ edərkən xalqımız arasında mövcud olan bəzi xurafatları gözə çarpdırırlar. Onlar bununla gənclərə ənənəvi dindarlığın yanlış olduğunu sübut etməyə çalışır və insanları özlərinə tərəf çəkirlər. Onlar özlərini sələf adlandırır və sələf yolu ilə getdiklərini iddia edirlər, lakin özləri də bilmirlər və ya bilmək belə istəmirlər ki, bu ənənəvi dindarlıq özü sələf yoludur. Yəni ənənəvi dindarlar Peyğəmbərimizin (s) göstərdiyi yolu təqib edirlər.

- Fəaliyyət planınız nədən ibarət olacaq? Qeyd etdiyiniz bu ağrılı problemlə mübarizədə xüsusi planlarınız varmı?

- Bizim əsas planımız gənclərlə əlaqələri gücləndirməkdir. Əvvəlcə istəyirdik ki, kiçik yaşlı, qanunvericilikdə nəzərdə tutulduğu kimi 14 yaşdan aşağı uşaqlara din dərslər verilsin. Lakin baxdıq ki, az yaşlı uşaqların daha sonralar radikal cərəyanlara qoşulması istisna deyil. Buna görə də gənclərlə bağlı proqramlar hazırlamaq, məsciddə mümkün qədər çox dini söhbətlər etmək, rayon rəhbərliyinin icazəsi ilə mədəniyyət evlərində və digər mümkün yerlərdə tədbirlər keçirmək lazımdır. Insanlara radikal cərəyanların təhlükəli yolla getdiklərini, ənənəvi dindarlığın yox olmadığını, yaşadığını, sadəcə məlumatsızlıqdan, maarifləndirmənin olmamasına görə zəiflədiyini deyə bilərik. Bu sahədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti müstəsna ola bilər. Xüssusi ilə qeyd etmək istərdim ki, Elşad müəllimin Komitəyə sədr təyin edildiyi ilk gündən etibarən daha çox, əhatəli şəkildə ciddi fəaliyyətlər aparılır, tarixi adət-ənənələrimiz haqqında insanlar məlumatlandırılırlar. Məsələn, 2013-ci ilin Seyyid Yəhya Şirvani ili elan edilməsini təşkil etmək, bu şəxs barəsində, şəhər və rayonlarda, eləcə də ölkə xaricində tədbirlərin keçirilməsi və buna bənzər bir çox tədbirləri qeyd etmək olar.

- Vəhhabilərin təbliğatları və təxribatları ilə üzləşən gənclərə tövsiyyələriniz nədir?

- Gənclərə tövsiyəm budur ki, İslam dini haqqında məlumatlarını, elmlərini artırsınlar. Əlbəttə, hansısa radikalın sözünə qulaq asmaqla yox, islamı qədim və etibarlı kitablarımızdan, elmli axund və imamlarımızdan öyrənsinlər. Vəhhabilərin təxribatları ilə üzləşən şəxsin elmi yoxdursa, həmin yerdən uzaqlaşsın. Hətta elmi olsa belə bilsin ki, bu şəxslər öz dediklərində israrlıdırlar və istənilən tarixi və məntiqi cavab və faktı da qəbul etmək qüdrətləri yoxdur. Çünki onlar da elmlərini dildən eşidirlər.

Məsləhət görürəm ki, tarixi kitabları aradşrırıb, vəhhabilik haqqında, bu radikal cərəyanın yaranma tarixi haqqında məlumatlar əldə etsinlər. Mən dəfələrlə şahidi olmuşam ki, bəzi dövlət idarələrində işləyənlərin övladlarına ənənəvi dindarlıq haqqında məlumat verəndə, deyirlər ki, “Biz övladlarımızın dindar olmasını istəmirik, gələcəkdə dünyəvi elmlər üzrə ixtisaslaşmalarını istəyirik”. Lakin sonralar bir də baxırsan ki, həmin şəxslərin bəzilərinin övladları özləri də bilmədən gedib radikallara qoşulublar.  Bunların hamısı savadsızlıqdan baş verir.



Yerləşdirilib:20 Fevral, 2014  17:23, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com