Vəhhabi təriqətinə mənsub olmaqda və saqqal saxlamaqda günahlandırılan daha bir Zaqatala sakini həbs olunub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna yerli dindarlar məlumat verib. Onların dediyinə görə, Zaqatala sakini Cavanşir Tağıyev şəhər məscidində cümə namazından çıxarkən rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs edilib və indiyədək ondan bir xəbər yoxdur.
Zaqatala RPŞ-dən faktı nə təsdiq, nə də təkzib ediblər.