Əgər ərlə arvad bir neçə ay cinsi əlaqədə olmayıblarsa və küsülü yaşayıblarsa, təlaq veriləndən sonra qadın yenə iddə saxlamalıdırmı?
Təlaqdan sonra qadının iddə saxlamasının əsas səbəblərindən biri onun hamilə olub-olmamasını bilməkdir. Amma əgər qadınla kişi evli sayıldıqları zamanda uzun müddət cinsi əlaqədə olmasalar belə, yenə qadın talaqdan sonra iddə saxlamalıdır. Çünki onların cinsi əlaqədə olub-olmaması şəxsi və intim məsələdir, bunu ancaq onların ikisi bilir və aradakı narazılıq üzündən tərəflərdən hər ikisi və ya biri yalan da danışa bilər. Bu halda həqiqəti ayırd etmək çətin və hətta mümkünsüz ola bilər. Amma əgər izdivacdan sonra qadınla kişi arasında ümumiyyətlə heç bir cinsi əlaqə olmayıbsa, yəni zifafdan əvvəl təlaq verilibsə, bu halda qadın iddə saxlamağa məcbur deyil və təlaqdan dərhal sonra başqasına ərə gedə bilər.
İslam.az