Vatikanın rəhbəri bildirib ki, yoxsulluqla səmərəli mübarizə yalnız birgə fəaliyyət nəticəsində əldə edilə bilər
Vatikanın rəhbəri Papa XVI-cı Benedikt bütün dünya ölkələrini yoxsulluğu azaltmaq istiqamətində əməkdaşlıq etməyə çağırıb. Onun fikrincə, yoxsulluqla səmərəli mübarizə yalnız birgə fəaliyyət nəticəsində əldə edilə bilər.
Minlərlə insan qarşısında çıxış edən Roma Papası yoxsulluğun bəşəriyyətin üzləşdiyi ən böyük problemlərdən biri olduğunu qeyd edərək, milyonlarla insanın bundan əziyyət çəkdiyini söyləyib.
Qeyd edək ki, hazırda 87 ölkədən 24 milyon insan aclıqla mübarizə aksiyasına qoşulub. Yoxsulluqla mübarizə aparmaqda ən qətiyyətli insanlar isə Hindistan vətəndaşlarıdır. Doqquz milyon hindistanlı bu qlobal problem üçün mübarizə kampaniyasına qoşulub.
Nepaldakı yoxsulluqla mübarizə kampaniyasına üç, Filippindəki kampaniyaya isə iki milyon yarım insan qoşulub. Yoxsulluqla mübarizə aksiyalırının təşkilatçıları isə gələcəkdə bu sayın daha da artacağına ümid etdiklərini söyləyiblər.
Xatırldadaq ki hər gün dünyada 50 min insan yoxsulluğun səbəb olduğu problemlər nəticəsində həyatını itirir.