POPULYARXƏBƏRLƏR

Suriyadan Azərbaycana mesaj: “Vəhhabilər sizin ölkənin axırına çıxacaq”

“Sizin ölkənizdə din nəzarətdən çıxıb. Şiə ölkəsi olmağınıza baxmayaraq, radikal vəhabilər bir çox hadisələrə təsir edirlər”

Suriyaya ezam olunan ANS TV-nin xüsusi müxbiri Qənirə Ataşova səfər təəssüratları barədə bu dəfə daha ətraflı yazıb. İslam.az ANS Press-ə istinadən Qənirə Ataşovanın yazısını təqdim edir:

"Əvvəlcə sizə Suriyada gördüyüm bir mənzərədən danışım. Deməli bu ölkədə bəzi əsgərlərin ailələri də onlarla bərabər döyüş bölgələrini gəzir. Gecə mən həmin ailələrdən birində qalmalı oldum. Ailə deyəndə iki nəfərdən, ər və arvaddan ibarət idilər. 
Əsgər yoldaşlarının yanına getdi, mən isə onun xanımı ilə qaldım. Uçulmuş dağılmış iki otaqlı beton evin küncündə bir soba yanırdı. Otaqda balaca televizor və bir taxta divandan başqa heç nə yox idi. Tərs kimi bu xanım da ərəb dilindən başqa heç nə bilmirdi. 7 aylıq hamilə olan xanım çox gözəl ərəb qızı idi. Ərəb dilindən anlayışım olmasa da evdə bir-iki kəlmə eşitmişdim. Ona görə də istəklərimi elə ona uğyun, bəzən də əl işarələri ilə ona başa salırdım. Yatmaq vaxtı gələndə gəlin mənim rahatlığım üçün digər otağı göstərdi. Baxdım ki, o otağında çölə açılan qapısı var. Dedim yox, orda yata bilmərəm, sən harda mən də orda….
Beləcə mən bu gəlinin taxta divanında yerimi rahatladım. Gəlin isə demək olar ki, səhərədək ölkənin 4 bir yanından gələn dəhşətli xəbərləri görüntü ilə TV-də izləyir və heç nə olmamış kimi arada gülümsəyirdi də. Gecənin bir aləmi bir türkman qadın gəldi. Mənim azərbaycanlı olduğumu bilib özünün yeni təklifləri ilə gəlmişdi. Bircə onu deyə bildim ki, bu hamilə bu qədər dəhşətli görüntülərə baxmasın axı uşağına ziyandır. Cavabı isə belə oldu. Biz dəhşətə çoxdan alışdıq…..
Nə isə türkman qadının mənə təklifi bu oldu. Gəl sən bu ölkədən getmə. Bu xanım israr edə-edə məni də elə sobanın qırağında yuxu apardı. Gecənin bir aləmi ayıldım ki, otaq istidən alışıb yanır, hamilə qadın da mən üşüməyim deyə sobanın başından çəkilmir. Səhər açılan kimi əşyalarımı götürüb, komandamın yanına getmək istəyirdim ki, gəlin əl işarəsi ilə yemək yeyirsənmi dedi. Onsuz da iştahsız olan mən, yox deyib çıxdım. Çıxanda ərəblər kimi 4 dəfə öpüşdük də. Həm də hamiləyə artıq yük olmaq istəmirdim.
Bu evdən aralanmışdım ki, gördüm axşam mənimlə türkmanca danışan digər Həvva adlı qadın yolumu kəsdi. Dedi bayaqdan o qapını güdürəm ki, sənə bir stəkan çay verim. Nə qədər israr etsəm də alınmadı. Beləcə növbəti komaya keçdim. Komanın ortasında soba, üstündə bir qazan süd, yanında da pişik. 100 faiz əmin oldum ki, bu pişik bu süddən içib. Çünki ola bilməzdi ki ilıq süd ola, pişikdə ondan içməmiş qala.
Nə isə yerə də süfrə açdı. Ərəb süfrəsi dedi. Mədəm ağrıdığı üçün əvvəlcə mənə nanəli ərəb çayı dəmlədi, sonra isə yemək verdi. İndi bu ölkədə bütün yeməklər süd və fətirdən ibarətdir. Səhər də, günorta da, axşam da. İnanın gördüyüm bir mənzərə heç zaman gözümün qarşısından getməyəcək. Ölsəm də. Həmin qadın yerə səpələnmiş qırıq və göyərmiş fətirləri toplayıb yeyirdi. Yedikcədə ağlaya- ağlaya hər şeyimizi itirdik deyirdi. Bu qadının da qəribə tarixçəsi olub. 8 bacı, 3 qardaş olublar. Homsda yaşayıblar. Dediyinə görə pis yaşamayıblar. Üzərində daşıdığı bir iki köhnə şəkil də hardasa yaxşı yaşamaqlarını göstərirdi. Müharibə başlayandan sonra isə diyar-diyar dolaşaraq buralara gəlib çıxıb. Deyir bu gün bu evdəyik, sabah başqa evdə. Çünki silahlılların gəlməsi ilə onlar da evlərini tez-tez dəyişmək məcburiyyətində qalırlar. İndi bacı, qardaşları ilə əlaqəni itirib. 3 qızını və 1 oğlunu Türkiyəyə göndərib. Özü və iki oğlu isə Suriyanı diyar-diyar gəzir. Ərini isə müharibənin elə ilk günlərində itiribmiş. Az əvvəl demişdim axı pişik o qazandakı süddən içirdi. Qadın həmin süddən bir stəkan mənə də verdi. Əvvəl yemək istəməsəm də bizi bəyənmədinmi? Sualının ardınca bəyəndim deyib südü bir göz qırpımına başıma çəkdim. Bir də gördüm qapı döyüldü. Axşam evində qaldığım hamilə gəlin idi. Qonşusundan yeməyə bir şey istəyirdi.
Təsəvvür edirsiz bu gəlin, az əvvəl heç nəyi olmaya-olmaya mənə yemək təklif eləmişdi. İnsanın ürəyinə baxın. Nə yaxşı ki, orda qalmadım, olmasa o, utana bilərdi deyə düşündüm. Beləcə, Həvva xanım hamilə gəlinə də bir stəkan süd və qurumuş fətir qırıqlarından verdi. Nə isə deyəsən çox uzatdım... Qayıdaq Türkiyəyə, polis idarəsinə...
Elə dediyimiz kimi də etdik. Problemimizi özümüz həll etməyə çalışdıq. Əvvəlcə pasportlarımızı, ardınca isə iş vəsiqələrimizi yoxladılar. Nüsxələrini çıxartdılar. Yahya adılı birisi mənə dedi ki, niyə keçəndə bizə deməmişdiz. Mən də dilimi dinc saxlamayıb dedim ki, dağın o üzündə sizin əməkdaşlarla danışdıq və hesab etdim ki, o bilmiş yaxud da siz bilmiş nə fərqi var ki. Bu zaman bizim dindirilməyimizə qulaq asan digər 3 nəfər də bərkdən güldü. Deməli biz düz tapmışdıq.
Söhbətin bu yerində Yəhya bizə çay gətirdi. Arada bir zarafat edib, mürəbbə olmadığı üçün şəkər verirəm, amma siz azərilər bol şəkərli içirsiz deyirdi.
Keçdik söhbətin əsas hissəsinə. Niyə gəlmişik? hardan gəlib, hara gedirik? Dağı necə keçdik? Və sair kimi suallar. Biz də adi jurnalist olduğumuzu, ölkəmizdən Suriyaya gələn döyüşçülərin olduğunu əsas gətirərək məqsədimizin onların döyüş bölgəsinə necə getməsini araşdırmaq olduğunu dedik.
Bir gün əvvəl silahlıların əhatəsində eşitdiyim sözləri təkrar eşidirəm. Sizin ölkənizdə din nəzarətdən çıxıb. Şiə ölkəsi olmağınıza baxmayaraq radikal vəhabilər bir çox hadisələrə təsir edirlər. Bura gələnləriniz də ya radikal vəhabidir, ya da radikal şiə... İlahi, eşitdiyimə özüm də inana bilmirəm. Axı mən ölkəmizdə rahat, Allahın göndərdiyi dini yaşayıram. Necə ola bilər ki, bizi kənardan bu qədər radikallaşmış görürlər. Beləcə biz bunlara anlatmağa çalışdıq ki, biz adi jurnalistlərik və məqsədimiz xəbər toplamaqdır. Eşitdiyim cavab isə bu oldu. Biz sənin səmimiyyətinə inanır və sənədlərinizi özünüzə qaytarırıq.
Məsləhət gördülər ki, nə qədər ki gəncik müharibə gedən ölkələrdə həyatımızı sona çatdırmayaq. Bir ildən artıqdır itən türkiyəli jurnalisti bizə xatırlatdılar. Sonra bizə bilet almaqda yardımçı oldular, hətta taksi də çağırıb əşyalarımızı daşıtdırdılar ki, siz dağ aşmısız yorğun olarsız. Türkiyə kəşfiyyatının əməkdaşları bizi çox hörmətlə yola saldılar. Hətta ötürəndə bunu deməyi də unutmadılar: Vəhabilər sizin ölkənin axırına çıxacaq".



Yerləşdirilib:14 Fevral, 2014  22:27, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com