Peyğəmbərdən (s) nəql olunan bir hədisdə buyurulur:
"Altı xasiyyət altı xasiyyətə möhtacdır. Əgər Allahın sevimlisi olmaq istəyirsənsə, Ondan qorx və Onun hökmlərinə münasibətdə təqvalı ol. Əgər camaatın səni sevməsini istəyirsənsə, onlara yaxşılıq et, onların əlində olanlardan gözünü çək. Əgər istəsən ki, Allah mal-dövlətini çoxaltsın, onu haramdan təmizlə (zəkatını ver). Əgər istəsən ki, Allah bədənini sağlam etsin, bunun üçün verdiyin sədəqələri artır. Əgər istəsən ki, Allah ömrünü uzatsın, qohum-əqrəba ilə mehriban ol. Əgər qiyamətdə mənimlə birlikdə məhşərə gəlmək istəyirsənə, vahid və qəhhar Allahın qarşısında ibadət edərkən səcdələri uzat”.
(Səfinətül-Bihar, c. 1, s. 599)