DSX-nın mətbuat mərkəzindən verilən məlumata görə, bu il avqustun 5-də radikal dini qrup üzvləri tərəfindən Rusiya Federasiyasından Azərbaycanın Qusar rayonu Samur qəsəbəsi istiqamətindən qeyri-qanuni yolla külli miqdarda dini ədəbiyyatın keçirilməsi cəhdinin qarşısı alınıb.
Nəticədə ərəb, rus və Şimali Qafqazda yaşayan xalqların dillərində olan radikal dini təriqəti və terrorçuluğu təbliğ edən ədəbiyyat saxlanılıb.