Dünyanın ən hündür zirvəsi olan Comolunqmada (Everest) ilk əzan səudiyyəli alpinist əz-Zəvman tərəfindən oxunub. Zirvəyə qalxan səudiyyəli alpinist Faruq ibn Səad əz-Zəvman krallıq mətbuatına müsahibəsində zirvəyə əzan oxumaq məqsədilə çıxdığını bildirib.
"Biz 4 müxtəlif düşərgədə bir ay davam edən hazırlıqdan sonra zirvəyə qalxmağa başladıq. Qrupumuzda ABŞ-dan 4, İngiltərədən, Kanada və Omandan 1 nəfər və mən vardım. Allahın dünyada yaratdığı ən hündür zirvəsində ilk əzan oxuyan şəxs olduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Zirvəyə də elə bu məqsədlə çıxmışdım" – deyə "Ər-Rayə" qəzetinə müsahibə verən 30 yaşlı əz-Zəvman bildirib.
Səudiyyə Ərəbistanındakı şirkətlərdən birində Sosial əlaqələr koordinatoru işləyən əz-Zəvman alpinizmin onun üçün hobbi olduğunu bildirib.